SON DƏQİQƏ
XalqXeber.Az » Siyasət » Ayaz Mütəllibov vəfat ETDİ

Ayaz Mütəllibov vəfat ETDİ

Tarix:

28-03-2022, 07:42

/ 276 dəfə oxundu.
Ayaz Mütəllibov vəfat ETDİ

Keçmiş prezident Ayaz Mütəllibov vəfat edib.

Xalqxeber.az
  ASAN Radio-ya istinadən xəbər verir ki, Ayaz Mütəllibov 84 yaşında dünyasını dəyişib.

Qeyd edək ki Ayaz Niyazi oğlu Mütəllibov 12 may 1938-ci ildə Bakıda anadan olub. Əslən Şamaxıdan idi. 1989-cu ilin yanvarından Azərbaycan SSR Nazirlər Sovetinin sədri, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi bürosunun üzvü olub. 1990-cı ilin yanvar ayında Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi, daha sonra – 1990-cı ilin may ayının 18-də Azərbaycan SSR-in Ali Soveti tərəfindən Azərbaycan SSR prezidenti seçilib. 1991-ci il sentyabrın 8-də ümumi seçkilərdə Azərbaycanın prezidenti seçilib. Prezident seçilməsinə baxmayaraq müxalif AXC hərəkatının təzyiqi nəticəsində Azay Mütəllibov Ali Soveti buraxıb, onun yerinə Azərbaycan Respublikasının Parlamenti olan Milli Məclis təşkil edilib və oradakı 50 nəfərlik deputat yerlərinin yarısı müxalifətə verilib.

1992-ci il fevralın 25-dən 26-na keçən gecə baş vermiş Xocalı faciəsindən sonra Ayaz Mütəllibov istefa verməyə məcbur edilib. Həmin ilin mayında faciənin səbəblərini araşdıran komissiya Ayaz Mütəllibovun günahını təsdiq edən faktlar aşkar etmədiyindən Ali Sovet öz qərarını ləğv edir və onu mayın 14-də vəzifəsinə qaytarır. Lakin müxalif cəbhədə duran "Xalq Cəbhəsi"nin təzyiqi altında Ayaz Mütəllibov yeniden istefası barədə sənədi imzalamalı olur və ölkəni tərk edir.

O vaxtdan etibarən o, 1992-ci ildən 2012-ci ilə qədər Moskvada yaşayıb. 2012-ci ildə yenidən Azərbaycan qayıdıb.

Şərhlər

XƏBƏR LENTİ