SON DƏQİQƏ
XalqXeber.Az » Siyasət » Sabah Azərbaycan, Türkiyə, Pakistan "Üç qardaş" təlimlərinə başlayır

Sabah Azərbaycan, Türkiyə, Pakistan "Üç qardaş" təlimlərinə başlayır

Tarix:

11-09-2021, 14:03

/ 370 dəfə oxundu.
Sabah Azərbaycan, Türkiyə, Pakistan "Üç qardaş" təlimlərinə başlayır

Sentyabrın 12-dən Bakıda ilk dəfə olaraq Azərbaycan, Türkiyə və Pakistanın xüsusi təyinatlı qüvvələrinin “Üç Qardaş - 2021” birgə beynəlxalq təlimi keçiriləcək.

Bu barədə  Müdafiə Nazirliyindən məlumat verilib. Birgə təlimin əsas məqsədi döyüş əməliyyatlarının aparılması zamanı dost və tərəfdaş ölkələrin xüsusi təyinatlı bölmələrinin qarşılıqlı fəaliyyətinin təkmilləşdirilməsi, sülh və müharibə dövründə əməliyyatlara hazırlanması, bilik və təcrübə mübadiləsinin aparılmasıdır.

"Üç qardaş - 2021" beynəlxalq təlimi sentyabrın 20-dək davam edəcək. 

Şərhlər

XƏBƏR LENTİ