SON DƏQİQƏ
XalqXeber.Az » Siyasət » Əmrullayevin YARITMAZLIĞI... ORTADADIR...

Əmrullayevin YARITMAZLIĞI... ORTADADIR...

Tarix:

24-06-2021, 17:07

/ 615 dəfə oxundu.
Əmrullayevin YARITMAZLIĞI... ORTADADIR...

Təhsilin cəmiyyətdəki rolu barəsində çox deyiblər.
Peyğəmbər əfəndimiz buyurub ki, beşikdən məzara kimi OXU, ÖYRƏN.
Müdriklərdən biri deyib ki, təhsilsiz millətlər digər millətlərin müstəmləkəsi olacaq.
Doğrudan da, dünyanı təhsilsiz təsəvvür etmək belə mümkün deyil.
Bütün bəşəriyyətin açarı elmin, təhsilin əlindədir.
Sözümüzün canı odur ki, ölkəmizdəki təhsil sistemi bərbad durumdadır.
Konkret mətləbə keçək.
5 il universitet qurtarıb, pedoqoji təhsil alıb, dövlət imtahanı verib diplom alan şəxs məktəbə müəllim düzəlmək üçün yenidən imtahan verməli, müsahibədən keçməlidir.
Dünyanın heç bir yerinə belə anormal hal ola bilməz.
Bəs onda bu şəxs niyə 5 il oxuyub, imtahan verib diplom alıb ?
Müsahibədən keçə bilməyən ali təhsilli, diplomu olan şəxs müəllim düzələ bilmir.
Ay adamlar, onda bu şəxsə niyə diplom vermisiniz ?
Bu adam sizi məhkəməyə verib, 5 il universitetə ödədiyi təhsil haqqını, üstəlik 5 il itirdiyi illərin təzminatını tələb edə bilər.
Bu nə müsahibə söhbətidir.
Digər problem məktəblərə direktor seçimində baş verir.
Yenə eyni proses, yenə imtahan, yenə müsahibə.
Bütün bu həngamələrin başında ancaq və ancaq rüşvət dayanır.
Cənablar, yığışdırın təhsil sistemindən bu rüşvəti. Yoxsa, həyatımız zəhərə dönəcək, gənc nəsillər kor kimi olacaqlar.
Yazıq müəllim, direktor olmaq istəyənlər mütləq imtahan verməlidir. Yazıq direktor olmaq istəyənlər gecə- gündüz oxuyurlar, imtahan verirlər, ən yüksək bal toplayırlar və olurlar Respublika birincisi yəni ən savadl direktorluğa namizəd. Sonra başlayır əsl müsibət.
...Dünən küçə ilə getdiyim zaman maraqlı bir səhnənin şahidi oldum. Bir nəfər orta yaşlı şəxs küçənin ortasında öz-özünə danışırdı. Elə hey deyirdi ki, Allah Misir Mərdanovun atasına rəhmət eləsin. Əşi, pulunu verib işini görürdüm. İndi pulunu da alırlar, sonra da səni əsir-yesir edirlər. Maraq mənə çox güc gəldi. Yaxınlaşdım soruşdum ki, niyə və nədən gileylənirsən, nədən narazısan.
Elə bil kişiyə od qoydular: “Alə, bilirsən nə var, bunlar bizi avam yerə qoyublar. Dedilər gedin imtahan verin, oğlum gedib imtahan verdi, Respublika üzrə 1-ci oldu, indi balam qalıb o ərəbzəngilərin əlində”
Soruşdum ki, ərəbzəngi kimə deyirsiniz axı, bir əməlli- başlı başa salın görüm nə demək istəyirsiniz.
Kişi başladı dərdini danışmağa. “ Oğul, uşağım imtahan verdi, Respublika üzrə ən yüksək bal topladı. Hətta birinci oldu. Məktəb direktoru olmaq istəyir. Yüksək kateqoriya üzrə 2 gün öncə imtahan götürürdülər. O Pişəvari adına məktəbdə ən yüksək bal toplayan müəllimlərdən müsabiqə yolu ilə qəbul elan olunmuşdur. 9 nəfər orada imtahan verirdi”.Sonra aramızda belə dialoq oldu.

Soruşdum ki, ay əmi bəs imtahan götürənlər kimlər idi.
Kişi dedi ki, deyirlər e Eşqim, Məhəbbətim var o.
Ay, əmi, hansısa teatrların birində Qüdrət demişdir ee.
Alə mən o Eşqimdən danışmıram, komissiya üzvülərindən danışıram. Eşqin Bağırov, Mehriban xanım, İlqar müəllim, Muxtar müəllim, Asif müəllim bu adamlar direktor olmaq istəyənlərə elə sual verirlər ki, heç o komissiya sədrinin özü də sualın cavabını bilmir. Heç deməyəsən məktəb direktoru kosmonavt olmaq istəyənlərin suallarını cavablandırmalıdır. Daha nələr.

Mən bir valideyn olaraq həmin komissiya üzvülərinə üzümü tutub deyirəm ki, Təhsil Nazirliyinin tabeçiliyində olan məktəblərin çoxunda direktor vəzifəsini sizə rüşvət daşıyan “zavuç”lar aparır.
Mən bilirəm ki, bu xəbər mətbuatda çıxan kimi Prezident onları işdən qovacaq və bəlkə də həbs elədilər.
//gundelik-baku.com//

Şərhlər

XƏBƏR LENTİ