"Pakistan qardaş Azərbaycanın yanında olmasından qürur duyur"
Pakistan İslam Respublikasının Prezidenti Arif Alvi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə məktub ünvanlayıb.
Məktubda deyilir:
"Zati-aliləri.
Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə Sizə səmimi təbriklərimi və xoş arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram.
Bu il qeyd edilən Respublika Günü İkinci Qarabağ müharibəsində qazanılan önəmli Qələbədən və işğal altındakı ərazilərin azad edilməsindən sonra Azərbaycan xalqı üçün xüsusilə əlamətdardır.
Pakistan qardaş Azərbaycanın yanında olmasından qürur duyur və ölkənizin hər cür təcavüzə qarşı özünümüdafiə hüququnu dəstəkləməkdə davam edəcək.
Zati-aliləri, əminəm ki, mövcud olan yüksək səviyyəli əlaqələrimizin bundan sonra daha da inkişaf etdirilməsi üçün Sizinlə yaxından əməkdaşlıq edəcəyik.
Bu xoş fürsətdən istifadə edərək Azərbaycanın beynəlxalq forumlarda Pakistana verdiyi dəstəyi yüksək qiymətləndirdiyimi bildirmək istəyirəm.
Cənab Prezident, Sizə möhkəm cansağlığı, qardaş Azərbaycan xalqına davamlı inkişaf və fıravanlıq diləyirəm.
Zati-aliləri, xahiş edirəm, ən yüksək ehtiramımı qəbul edin".

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...