SON DƏQİQƏ
XalqXeber.Az » Siyasət » Türkiyə-Azərbaycan əməkdaşlığının təhsil prioritetləri

Türkiyə-Azərbaycan əməkdaşlığının təhsil prioritetləri

Tarix:

30-05-2021, 11:25

/ 583 dəfə oxundu.
Türkiyə-Azərbaycan əməkdaşlığının təhsil prioritetləri

Azərbaycan və Türkiyə arasındakı dostluq və qardaşlıq münasibətləri ciddi əsaslara malikdir. Ulu öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” fəlsəfəsi ilə əsaslı təmələ sahib olan tarixi köklərə və qardaşlığa söykənən, hər zaman həmrəylik nümayiş etdirən Azərbaycan və Türkiyə arasında əlaqələr siyasi, iqtisadi-ticarət, humanitar, hərbi və digər sahələrdə uğurla inkişaf edir.
Bu gün Türkiyə Respublikası əhəmiyyətli sosial-iqtisadi və elmi tərəqqi, hərtərəfli inkişaf yolu keçərək dünya miqyasında müstəqil siyasət yürüdən güc mərkəzinə çevrilmişdir.
Fəxr hissi ilə qeyd edə bilərik ki, qırılmaz tellərlə bir-birinə bağlı olan xalqlarımızın iradəsindən qaynaqlanan və “Bir millət, iki dövlət” prinsipinə əsaslanan Azərbaycan-Türkiyə münasibətləri hazırda özünün ən yüksək səviyyəsindədir.
Xüsusilə qeyd etmək lazımdır ki, dostluq və qardaşlıq üzərində qurulmuş dövlətlərarası münasibətlərimizin bu səviyyəyə gəlib çatmasında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın misilsiz rolları var. Çoxşaxəli ikitərəfli əlaqələrimizin daha da möhkəmləndirilməsi yolunda onların qətiyyətli siyasəti, qardaş ölkənin, Türkiyənin Azərbaycanın əzəli torpaqlarının işğaldan azad edilməsi uğrunda haqq işinə bütün müstəvilərdə açıq, tərəddüdsüz mənəvi və siyasi dəstəyi xalqımız tərəfindən çox yüksək qiymətləndirilir. Bütün sahələrdə Türkiyə-Azərbaycan dostluğu, qardaşlığı, birliyi özünü təsdiq etdi və 44 gün davam edən İkinci Qarabağ müharibəsində Türkiyənin Azərbaycana göstərdiyi dəstək, əlbəttə, həmişə bizim xatirimizdə olacaqdır, bizim qəlbimizdə yaşayacaqdır. Qələbəni qeyd etdiyimiz günlərdə paytaxtımızda və ölkənin bütün bölgələrində bayraqlarımız ölkələrimizin varlığını və gücünü dünyaya, həmçinin dostlarımıza və düşmənlərimizə tanıdırdı.
Bütün sahələrdə olduğu kimi, təhsil sahəsində də ölkələrimiz arasında əlaqələr yüksələn xətt üzrə inkişaf edir. Müasir dövrün tələbləri elm, təhsil sahəsində inteqrasiyanın dərinləşdirilməsinin, bu sahədə əməkdaşlığın genişləndirilməsinin vacibliyini göstərir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 27-də Türkiyə Respublikasının milli təhsil naziri Ziya Selçuku qəbul edərkən iki ölkə arasında başqa sahələrdə olduğu kimi, təhsil sahəsində də  əməkdaşlığın sürətlə inkişaf etdiyini vurğulamışdır.Həmçinin, ölkə başçısı işğaldan azad edilmiş şəhərlərin baş planlarının tərkib hissəsində ermənilər tərəfindən dağıdılmış məktəblərin yenidən tikintisinin də nəzərdə tutulduğunu və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın səfəri çərçivəsində Türkiyə tərəfindən təklif edilmiş bir hədiyyə kimi, məktəbin də təməlqoyma mərasiminin olduğunu qeyd etmişdir.  
Görüşdə təhsil keyfiyyətinin artırılması və  gələcək nəsillərin bu müttəfiqliyi qoruyub saxlaya bilməsi üçün müxtəlif tədbirlər - gənclər forumları, birgə təhsil proqramları və digər tədbirlərin keçirilməsi ilə bağlı müzakirələr aparılmışdır. 
Ümidvarıq ki, qardaş Türkiyə ilə digər sahələrdə olduğu kimi təhsil sahəsindəki əlaqələrimiz daha da inkişaf edəcəkdir. 

Aysel Mənsimova – YAP üzvü

Şərhlər

XƏBƏR LENTİ