“Yanvardan bəri ABŞ rəhbərliyindən heç bir mesaj almamışıq" - İlham Əliyev
"Yanvardan bəri ABŞ rəhbərliyindən heç bir mesaj almamışıq. Bu gün artıq aprel ayıdır. Heç bir mesaj yoxdur”.
Bunu Azərbaycan Prezidenti İlham Əliyev ADA Universitetində ABŞ-ın münaqişədən sonrakı dövrdə rolu ilə bağlı sualı cavablandırarkən bildirib.
Azərbaycan Prezidenti deyib ki, ABŞ dövlət katibi Entoni Blinken bir qədər öncə Ermənistanın baş naziri Nikol Paşinyanla telefon əlaqəsi saxlayıb: “Nə barədə danışdıqlarını bilmirəm, amma yenə də tarazlıq pozulub”.
“Onun zəngini gözlədiyimizi demirəm, ancaq o, Minsk qrupunun həmsədr ölkəsini təmsil edir. Ən azından özünün taraz yanaşmasını göstərməlidir”, - İlham Əliyev vurğulayıb.
Prezident İlham Əliyev vurğulayıb ki, bu günə qədər ABŞ administrasiyasından yeganə mesaj ABŞ Prezidenti Cozef Baydenin Novruz bayramı münasibətilə təbriki olub: “Ancaq mahiyyət etibarilə bu yeganə mesaj idi”.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...