SON DƏQİQƏ
XalqXeber.Az » Siyasət » ATƏT-in Minsk qrupunun fəaliyyəti heç bir səmərə vermədi

ATƏT-in Minsk qrupunun fəaliyyəti heç bir səmərə vermədi

Tarix:

5-04-2021, 10:28

/ 716 dəfə oxundu.
ATƏT-in Minsk qrupunun fəaliyyəti heç bir səmərə vermədi

Azərbaycan xalqı 30 ilə yaxın idi ki, mənfur ermənilərin təcavüzü, 20 faiz   torpaqlarının işğalı, bir milyon qaçqını olan bir vəziyyətdə yaşamaq məcburiyyətində qalmışdı. Müxtəlif beynəlxalq təşkilatlarının da bu məsələyə qarışması münaqişəni həll edə bilmədi. Əksinə, erməni özbaşınalığı gündən-günə artdı, böyüdü. ATƏT-in Minsk qrupunun yaradılması qəlblərdə bir ümid, inam yaratsa da, təəssüf ki, bu qurum ümidləri doğrultmadı. ATƏT-in Minsk qrupunun fəaliyyətsizliyi Dağlıq Qarabağ münaqişəsinin hərb yolu ilə həllini şərtləndirdi. Beynəlxalq vasitəçilərin rolu münaqişəni nəinki həll etdi, əksinə, erməni dəyirmanına su tökməyə xidmət etdi.
Vətən Müharibəsi başlayana qədər ATƏT-in Minsk qrupunun məsələni beynəlxalq hüquq və normalar çərçivəsində, haqq və ədaləti bərpa edərək sülh yolu ilə həll etməsi üçün kifayət qədər vaxtı və imkanları olub. Onlar 28 il ərzində “fəaliyyət” göstərsələr də, heç bir nəticə olmamışdır. Halbuki Minsk qrupuna həmsədrlik edən ölkələr dünyanın aparıcı ölkələridir, nüvə dövlətləridir, BMT Təhlükəsizlik Şurasının daimi üzvləridir. Əlbəttə ki, Ermənistana qarşı işğalla bağlı ciddi təzyiq göstərilsəydi və Azərbaycanın tələbi nəzərə alınıb sanksiyalar tətbiq edilsəydi, məsələ çoxdan sülh yolu ilə öz həllini tapa bilərdi.
Təcavüzkar Ermənistanın təxribat xarakteri daşıyan "Qarabağ Ermənistandır" bəyanatı, Dağlıq Qarabağda qanunsuz məskunlaşma siyasəti, zaman-zaman cəbhədə atəşkəsi pozması ilə ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə aparılan danışıqlar prosesinə ciddi zərbə vurması hallarında Minsk qrupunun həmsədrlərinin susması, fəaliyyətsizliyi, ümumiyyətlə, keçən müddət ərzində status-kvonun onlar üçün qəbuledilən olması haqda mesajlar səsləndirmələri böyük təəssüf doğurur.
Beləcə, səmərəsi sıfıra bərabər olan effektsiz vasitəçilik Azərbaycanın ərazi bütövlüyünün bərpası üçün “dəmir yumruq” prinsipini qaçılmaz etdi. Möhtərəm Prezidentimiz cənab İlham Əliyev "Qarabağ Azərbaycandır və nida" deməklə bütün xalqı bir amal ətrafında birləşmək üçün ayağa qaldırdı. Ali Baş Komandanımızın qətiyyəti, cəsur əsgər və zabitlərimizin əzmkarlığı xalqımıza zəfər sevincini bəxş etdi. 
Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması ilə başa çatan İkinci Qarabağ müharibəsi müstəqillik və dövlətçilik tariximizin olduqca mühüm səhifələrindən biridir. 44 günlük müharibənin nəticəsində Prezident cənab İlham Əliyevin Ali Baş Komandanlığı ilə ordumuz 30 ildən artıq idi ki, davam edən erməni işğalına birdəfəlik son qoydu, respublikamızın qanuni hüquqlarını bərpa etdi. 
Artıq müharibə başa çatıb. Ermənistan noyabrın 10-da qəbul edilmiş şərtlər əsasında kapitulyasiya edib. Ermənistanı diz çökdürən müharibənin qalibi Azərbaycan artıq işğaldan azad olunmuş bütün şəhər və rayonların, kənd və qəsəbələrin yenidən qurulması işlərinə başlayıb. 
Ermənistan isə tarixi boyu Azərbaycanın dəmir yumruğunun ağrısını hələ çox hiss edəcək. Ermənistana həm də elə bir maddi və mənəvi ziyan vuruldu ki, indi bu ölkə tarixinin ən ağır və rüsvayçı günlərini yaşayır.

Gülnaz Cəfərova, 
Salyan şəhər 7 saylı texniki fənlər təmayüllü məktəb-liseyin müəllimi.

Şərhlər

XƏBƏR LENTİ