XalqXəbər.Az

XalqXeber.Az » Siyasət » Jalə Əliyeva: Prezident İlham Əliyevin Xocavəndə və Füzuliyə səfəri böyük Qələbənin növbəti sübutudur

Jalə Əliyeva: Prezident İlham Əliyevin Xocavəndə və Füzuliyə səfəri böyük Qələbənin növbəti sübutudur

Jalə Əliyeva: Prezident İlham Əliyevin Xocavəndə və Füzuliyə səfəri böyük Qələbənin növbəti sübutudur
17-03-2021, 17:02

Daha bir Səfər, daha bir Zəfər, daha bir Qələbə!
Daha bir Tarix, daha bir Dərs!
Beşinci səfər, beçinci Zəfər!
Qalib Ali Baş Komandan və ölkənin birinci xanımı, Birinci vitse-prezidenti, dəyərlimiz Mehriban Əliyeva xalqımız üçün çox əlamətdar olan Novruz bayramı günlərində, İlaxır çərşənbədə yenə də işğaldan azad edilmiş ərazilərimizə, Füzilimizə, Xocavəndimizə və mənəvi qibləgahımız olan Şuşaya növbəti tarixi səfərlərini gerçəkləşdirdilər.
Bu adı, sıradan bir səfər deyildi. Bu, Qalibiyyətin, bu Əzmin, bu Cəsarətin növbəti təntənəsi və təcəssümü idi.
Bu, Qarabağlı olmağın, Qarabağa möhləm sarılmağın, ona Sahiblənməyinin növbəti nümayişi idi.
Bu, düşmənə və onun havadarlarına verilən növbəti mesaj, onlara endirilən növbəti sarsıdıcı, öldürücü zərbə idi.
Bəli, bizik Qarabağlı Azərbaycan, bəli, bizik Qarabağlı vahid Azərbaycan, bəli, bizik bu torpaqların əzəli-əbədi sahibləri.
Kimsə, heç bir qüvvə, heç bir güc bizi artıq Qarabağmızdan qorapa, bizi ondan ayıra, bizi yerimizdən tərpədə bilməz.
Bu, mümkün deyil və mümkün də olmayacaq.
Düşmən də, havadarları da bunu qulaqlarında yaxşıca sırğa etsinlər!
Bu səfər də bir sıra açılışlar, təməlatmalarla yadda qaldı.
Füzuli-Hadrut avtomobil yolunun təməli atıldı, Hadrut qəsəbəsində dövlət bayrağımız qaldırıldı, Hadrut-Cəbrayıl-Şükürbəyli avtomobil yolunun təməli qoyuldu, Hünərli kəndində tarixi Alban kilsəsi ziyarət edildi, tarixi Tuğ və məşhur Azıx mağarasının yerləşdiyi Azıx kəndinə baş çəkildi.
Hər biri bir Tarix, hər biri bir Qələbə müjdəsi!
Yolun, izin, müjdən mübarək, Azərbaycanım!
Müzəffər Ali Baş Komandanın səfər zamanı çıxışında bir daha bəyan etdiyi kimi, biz xalqımızın yeni tarixini yazdıq, şanlı qəhrəmanlıq tarixini yazdıq.
Və azad edilmiş torpaqlarda bu gün artıq böyük quruculuq işləri aparılır, böyük infrastruktur layihələri icra edilir.
Daha bir sitat:
“Bu gün Bakıdan gələrkən, yenə də dağıdılmış Füzuli şəhərindən keçərkən bir daha gördüm ki, erməni vəhşiliyi hansı fəlakət törədib. Bu gün onları müdafiə edən, bu gün onların arxasında dayanan bəzi xarici dairələr gözlərini açıb görsünlər erməni vəhşiliyi nə günə salıb bizim şəhərlərimizi. Bizim bütün şəhərlərimiz dağıdılıb, bütün kəndlərimiz dağıdılıb, tarixi abidələr dağıdılıb, məscidlər dağıdılıb, qəbirlər dağıdılıb, misli görünməmiş vandallıq, barbarlıq törədilib. Biz isə ancaq öz torpaqlarımızı azad etmişik. Bax, bu qəsəbədə qanunsuz olaraq Ermənistandan və xarici ölkələrdən ermənilər gətirilib zorla məskunlaşdırılıb. Amma bu qəsəbə salamatdır, bir bina da dağıdılmayıb, bir bina da yandırılmayıb...”.
Bəli, budur, Azərbaycan Ordusunun yanaşması, budur, bizim mənəvi kodeksimiz.
Bəs düşmən, ermənilər nə ediblər?
Bütün binalarımızı dağıdıblar, məscidlərimizi dağıdıblar. Məscidlərdə heyvan saxlayıblar. Bizim müqəddəs abidələrimizi təhqir ediblər. Azərbaycanlıların tikdirdikləri, - ermənilər orada qanunsuz yaşayıblar, - o evləri noyabrın 10-dan dekabrın 1-nə qədər yandırıblar, dağıdıblar, meşələri qırıblar. Su elektrik stansiyalarını dağıdıblar.
Bax, fərq, bizim düşmənlə fərqimiz də elə bundadır.
“Azərbaycan əsgəri yüksək mənəvi keyfiyyətlərə malik olan əsgərdir və əsgərə, bütün hərbçilərə verilən təlimat yerinə yetirildi. Mən demişdim ki, biz mülki əhali ilə heç vaxt müharibə aparmamışıq və bunu indi hər kəs görür. Mən demişdim ki, Ermənistan rəhbərliyi bizə tarix versin, bizim torpaqlarımızdan nə vaxt çıxır və biz müharibəni dayandırmağa hazırıq, bunu da etdik”-deyərək, Ali Baş Komandan bir daha qətiyyətli, əzmli şəkildə bildirdi ki, bu gün buraya bu torpaqların sahibləri kimi qayıtmışıq, azad edilmiş bütün torpaqlarda Azərbaycan bayrağı dalğalanır.
Müzəffər Ordumuzun Ali Baş Komandanı kimi, ölkə Prezidenti Hadrut qəsəbəsində milli bayrağımızı qaldırdı və bu bayraq burada əbədi dalğalanacaq.
Biz azərbaycanlılar bundan sonra öz dədə-baba torpaqlarımızda əbədi yaşayacağıq.
Bütün dağılmış şəhərləri, kəndləri yenidən quracağıq, həyat qayıdacaq, insanlar qayıdacaq və biz bütün dünyaya bir daha xalqımızın böyüklüyünü göstərəcəyik.
Xocavənd bizimdir, Füzili bizimdir, Şuşa bizimdir, Qarabağ Azərbaycandır!
Qarabağın, Qələbən, hər gün yazılan, Tarixə çevrilən Zəfərlərin mübarək, can Azərbaycanım!

Jalə ƏLİYEVA

Milli Məclisin Ailə, Qadın, Uşaq məsələləri
Komitəsinin sədr müavini

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.