Xarici işlər naziri: Azərbaycan bütün hərbi əsirləri Ermənistana qaytarıb
Azərbaycan üzərinə götürdüyü öhdəliklərə uyğun olaraq, bütün hərbi əsirləri Ermənistana təhvil verib. Hətta hərbi əməliyyatlar zamanı da Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə əsirlərin qarşı tərəfə verilməsi üçün müvafiq addımlar atılıb.
Bu barədə Xarici işlər naziri Ceyhun Bayramov martın 15-də İsveçin xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Ann Lindenin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşünün yekunlarına dair keçirilən mətbuat konfransında bildirib.
“Azərbaycan dövlətinin bu məsələdə mövqeyi çox açıq və aydındır. Biz üçtərəfli Bəyanata uyğun olaraq, hərbi əməliyyatlar zamanı və ondan əvvəl tutulmuş bütün hərbi əsirləri Ermənistan tərəfinə qaytarmışıq”, - deyə nazir qeyd edib.
Ceyhun Bayramov əlavə edib ki, noyabrın 26-da Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə Ermənistanın Şirak rayonundan göndərilən silahlı şəxslər hərbi əsir deyillər. Hüquq-mühafizə orqanları bununla bağlı araşdırmaları davam etdirir. Hətta bu günlərdə də Ermənistan tərəfi tikinti materiallarının daşınması üçün nəzərdə tutulmuş maşınlarla hərbçilərini işğaldan azad edilmiş ərazilərə göndərməyə cəhdlər göstərir. Bu barədə Azərbaycan BMT Baş Assambleyasını məlumatlandırıb.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Yol Polisi əlverişsiz hava ilə bağlı sürüclərə xəbərdarlıq edib
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"