SON DƏQİQƏ
XalqXeber.Az » Siyasət » İspandilli mətbuat: İlham Əliyev Avropa İttifaqı ilə saziş məsələsində daha böyük irəliləyiş gözləyir

İspandilli mətbuat: İlham Əliyev Avropa İttifaqı ilə saziş məsələsində daha böyük irəliləyiş gözləyir

Tarix:

11-03-2021, 12:06

/ 421 dəfə oxundu.
İspandilli mətbuat: İlham Əliyev Avropa İttifaqı ilə saziş məsələsində daha böyük irəliləyiş gözləyir

Argentinada çıxan gündəlik “Clarin” qəzetində və Argentina xəbərlər kanalının “tn.com.ar” saytında İspaniyanın EFE informasiya agentliyinin “İlham Əliyev Avropa İttifaqı ilə saziş məsələsində daha böyük irəliləyiş gözləyir” sərlövhəli məlumatını dərc edilib.
Həmin məlumatda Azərbaycan Prezidenti İlham Əliyevin martın 10-da Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto ilə videoformatda görüşündən bəhs edilir.
İspandilli nəşrlərdə qeyd edilir ki, həmin görüşdə Prezident İlham Əliyev Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlıq barədə çərçivə sazişində daha böyük tərəqqi gözlədiyini bildirib.
Nəşrlər İlham Əliyev bu sözlərini sitat gətirirlər: “Biz Avropa İttifaqı ilə sazişin müzakirəsinin yekun mərhələsindəyik, pandemiya və müharibə səbəbindən bu müzakirələr müvəqqəti dayandırılıb. Lakin sazişin müddəalarının mütləq əksəriyyəti artıq razılaşdırılıb və əminəm ki, qarşıdan gələn aylar ərzində daha böyük irəliləyiş olacaq”.
Diqqətə çatdırılır ki, Azərbaycan Prezidenti Yeni Azərbaycan Partiyasının VII qurultayında Avropa İttifaqı ilə bərabərhüquqlu saziş imzalamağa hazırlıq getdiyini bildirib. Bu məsələ artıq 90 faiz razılaşdırılıb. İlham Əliyevin bu sözləri sitat gətirilir: “Biz Avropa İttifaqı ilə sıx əlaqələr qurmuşuq. Avropa İttifaqına üzv olan 9 ölkə ilə strateji tərəfdaşlıq haqqında sənədlər imzalanıb”.
Qeyd edilir ki, Azərbaycan Prezidentinin sözlərinə görə, Avropa İttifaqı ilə assosiativ saziş imzalamış keçmiş sovet respublikalarından heç biri Avropa İttifaqının üzvləri olan doqquz ölkə ilə strateji tərəfdaşlıq barədə sənəd imzalamayıb.
İspandilli nəşrlər Azərbaycan Prezidentinin bu sözlərini sitat gətiriblər: “Onlar assosiasiya sazişi imzalayıblar, o sazişə də mən baxmışam. O, faktiki olaraq saziş deyil, o, təlimat kitabçasıdır, bilirsiniz, təlimat kitabçası. O ölkələrə təlimat verilir, bunu belə etməlisən, bunu elə etməlisən. Mən isə ondan imtina etdim. Dedim ki, bizə belə təlimat lazım deyil. Biz özümüz bilirik nə etmək lazımdır”. AZERTAC

Şərhlər

XƏBƏR LENTİ