"Postkonflikt dövründən bütün region ölkələri faydalanmalıdır" - Ceyhun Bayramov
"Hesab edirik ki, 44 günlük Vətən müharibəsinin nəticəsi olaraq regionda yeni təhlükəsizlik formatı və yeni imkanlar yaranıb. 10 noyabr 2020-ci il, eyni zamanda, 11 yanvar 2021-ci il tarixli üçtərəfli bəyanatlar bir tərəfdən 30 ilə yaxın davam edən hərbi təcavüzə və işğala son qoyub, digər tərəfdən regionun inkişafı baxımından yeni imkanlar yaradıb”.
Bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto ilə birgə keçirdiyi mətbuat konfransında deyib.
“Azərbaycan Respublikası hər zaman beynəlxalq hüququn norma və prinsiplərinə, ölkələrin suverenliyi, ərazi bütövlüyü və sərhədlərin toxununulmazlığı prinsipi əsasında inkişaf, qarşılıqlı münasibətlərin formalaşması, birgəyaşayışı dəstəkləyib. Bizim bu istiqamətdə baxışımız olduğu kimi qalır. Azərbaycan öz ərazi bütövlüyünü bərpa edib. Azərbaycan sərhədləri bərpa olunub və Azərbaycan hazırkı vəziyyətə postkonflikt dövrü olaraq yanaşır. Hesab edirik ki, bu vəziyyətdən bütün region ölkələri faydalanmalıdır”, - o vurğulayıb.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək