Azərbaycan və Mali prezidentlərinin görüşü olub
Azərbaycan prezidenti İlham Əliyev ölkəmizdə səfərdə olan Mali Respublikasının prezidenti İbrahim Boubakar Keita ilə görüşüb.
Məlumata görə, görüşdə Bakıda keçirilən IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun önəmi xüsusi vurğulanıb, ölkələrimiz arasında siyasi əlaqələrin səviyyəsindən məmnunluq ifadə edilib, iqtisadi sahədə də əməkdaşlığın inkişaf etdirilməsinin önəmi qeyd olunub.
Azərbaycanda yüksək qonaqpərvərliyə görə minnətdarlığını bildirən Mali prezidenti dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin son illər sürətli inkişaf yolu keçərək dünyada böyük nüfuz qazandığını diqqətə çatdırıb. Prezident İbrahim Boubakar Keita ölkəmizdə keçirilən seçkilərdə dövlət başçısının yüksək səs qazanmasının xalqın Azərbaycan prezidentinə inamının və etimadının göstəricisi olduğunu diqqətə çatdırıb. Azərbaycanın sürətli inkişafından məmnunluğunu ifadə edən Mali prezidenti Bakının dünyada mədəniyyətlərarası dialoq mərkəzinə çevrildiyini vurğulayıb.
Azərbaycan ilə ikitərəfli əlaqələrin inkişaf etdirilməsində maraqlı olduqlarını bildirən ali qonaq iqtisadiyyatın müxtəlif sahələrində, o cümlədən kənd təsərrüfatı sahəsində Azərbaycanın təcrübəsinə, texniki imkanlarına, eləcə də idarəçilik təcrübəsinin öyrənilməsinə ehtiyac duyduqlarını bildirib. Mali prezidenti hərbi-texniki, enerji sahələrində də Azərbaycan ilə əməkdaşlığın yaxşı perspektivlərinin olduğunu, terrorçuluğa qarşı mübarizədə ölkəmizin təcrübəsinin öyrənilməsinə maraq göstərdiklərini bildirib.
Azərbaycan ilə Mali arasında münasibətlərin daha da inkişaf etdirilməsi üçün yaxşı imkanların olduğunu deyən prezident İlham Əliyev ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində səmərəli əməkdaşlıq etdiklərini vurğulayıb. Dövlət başçısı ölkələrimiz arasında iqtisadi əməkdaşlıq, qarşılıqlı ticarət və sərmayə qoyuluşu imkanlarının araşdırılmasının önəmini qeyd edib.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək