SON DƏQİQƏ
XalqXeber.Az » Siyasət » Hakimiyyət radikal dəyişikliklər astanasında

Hakimiyyət radikal dəyişikliklər astanasında

Tarix:

5-05-2017, 09:32

/ 145 197 dəfə oxundu.
Hakimiyyət radikal dəyişikliklər astanasında

Azərbaycan hakimiyyəti də bu yöndə daha müasir və daha güclü iqtisadi potensiala malik olmaq üçün mühüm addımlar atmaq ərəfəsindədir
Dövlət strukturları sahələrində də yeniliyin və modernləşdirilmənin start götürməsi ətrafında nəzərəçarpacaq sistemləşdirilmələrin olacağı gözlənilir.
Korrupsiya və inhisarçılıqla mübarizədə ölkə rəhbəri qətiyyətli mövqe nümayiş etdirərək, dövlət sturkturlarındakı idarəetmə sistemində şəffaflığın təminatını tələb kimi ortaya qoyub.
Məhz bu faktorun nəticəsidir ki, Prezident İlham Əliyevin bilavasitə şəxsi nəzarəti altında yürüdülən geniş sosial-iqtisadi və siyasi islahatlar proqramı, işlək vəziyyətə gətirilib, əvvəlcədən hazırlanmış layihələr reallaşdırılıb və bu da müsbət nəticələrini verib.
Dövlətin ən ali strukturunun rəsmiləri tərəfindən edilən son çıxışlar belə qənaətə gəlməyə imkan yaradır ki, Azərbaycan hakimiyyəti çox qısa dövr ərzində yaranmış bəzi problemlərin köklü şəkildə qaradan qaldırılması üçün çox qətiyyətli addımlara gedəcək.
Çünki hakimiyyətin mənbəyinin xalq olması amili bir daha özünü büruzə verir. Hakimiyyət isə məhz xalqa xidmət etməlidir və edir.
Hakimiyyətin daxili siyasi konsepsiyasına zidd fəaliyyət göstərən qüvvələr Nazirlər Kabinetindən uzaqlaşdırılacaq.
Hakimiyyət komandaya əl gəzdirmək niyyətindədir. Daxili idarəçilikdə problemlər yaradan və heç bir əsaslı dönüşə nail olmayan məmurların postundan kənarlaşdırılması realdır.
Prezident İlham Əliyev komandasına yenidən baxmağı və onun daxili siyasətində reputasiyasına kölgə salanlarla vidalaşmağı nəzərdən keçirəcək.
Bu köklü kadr islahatlarının davam edəcəyi, bir sıra oliqarxlaşmış nazirlərin başının gedəcəyi xəbər verilir.
Ziya Məmmədovla yanaşı, “Azenerji” prezidenti Etibar Pirverdiyev, Energetika naziri Natiq Əliyev, Diasporlarla iş üzrə Dövlət Komitəsinin sədri Nazim İbarhimov, Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin dəri Kərəm Həsənov və daha bir neçə fiqur gözlənilən ələmə prosesində iqtidar düşrəgəsindən çıxdaş ediləcək.
Azərbaycan hazırda ciddi dəyişikliklər astanasındadır. Dünyada baş verən qlobal proseslərə qoşulmaq zorundadır.
Hətta bu ölkəni idarə edənlər istəməsələr, ciddi müqavimət göstərsələr belə, bunun heç bir faydası olmayacaq və bu qlobal dəyişikliklərin ölkəmizdə baş verməsi qaçılmaz olacaq.

Şərhlər

XƏBƏR LENTİ