SON DƏQİQƏ
XalqXeber.Az » Siyasət » Azərbaycan hər zaman öz müttəfiqləri ilə səmimi olub

Azərbaycan hər zaman öz müttəfiqləri ilə səmimi olub

Tarix:

8-03-2021, 12:33

/ 1 052 dəfə oxundu.
Azərbaycan hər zaman öz müttəfiqləri ilə səmimi olub

Fevralın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yerli və xarici KİV nümayəndələri üçün keçirdiyi mətbuat konfransı dünyada geniş rezonans doğurub. Hazırda həmin mətbuat konfransının dünya mediasında bu qədər geniş işıqlandırılması buna əyani sübutdur. Aydın məsələdir ki, bu mətbuat konfransını yaxın-uzaq ölkələrdə siyasətçilər, icmalçılar, politoloqlar və ən müxtəlif kalibrli ekspertlər diqqətlə izləyir, deyilən hər bir sözü, səslənən hər bir fikri təhlil edir, ola bilsin müəyyən gizli sətiraltı mənaları duymağa çalışırdılar.
Ölkəmizin rəhbəri jurnalistlərin suallarını cavablandıran zaman Azərbaycanın xarici siyasət və tərəfdaşlarla əlaqələrə də toxunmuşdur. Ölkəmiz xarici siyasət kursunda həmişə ardıcıl olub. İstər iqtisadi, istərsə də siyasi məsələlərdə ardıcıl və birmənalı mövqe nümayiş etdirib, prinsipial siyasət aparıb. Bizim siyasətimiz milli maraqlarımıza əsaslanır, yalnız əməkdaşlığın möhkəmlənməsi üçün nəzərdə tutulur və ən başlığası Azərbaycanın xarici siyasətində heç bir gizli məqamlar yoxdur.
Prezidentin qeyd etdiyi kimi 44 günlük müharibədən sonra biz köklü surətdə bölgəmizdə vəziyyəti dəyişdirə bildik. Ölkəmizin prioritetləri arasında qonşu ölkələrlə bizim əməkdaşlığımız xüsusi yerə malikdir. Amma bununla bərabər, biz bütün başqa ölkələrlə də münasibətlər qururuq.
Son illərdə Avropa İttifaqına üzv olan 9 ölkə ilə strateji tərəfdaşlıq haqqında sənədlər imzalanıb. Bu gün Avropa İttifaqı ilə bərabərhüquqlu saziş üzərində iş gedir və sazişin 90 faizi artıq razılaşdırılıb. Daha sonra ölkəmiz Qoşulmama Hərəkatına üzv oldu. Qoşulmama Hərəkatı üzvlərinin sayına görə ikinci təsisatdır. BMT Təhlükəsizlik Şurasında Azərbaycana qarşı çirkin kampaniya aparılan zaman Qoşulmama Hərəkatına üzv ölkələr bizi müdafiə etdilər. Biz biz COVID-lə bağlı bir sira ölkələrə yardım etmişik, onların haqq səsini müdafiə edirik. Onlar da bizi müdafiə etdilər. İkinci Vətən savaşı ərəfəsində Beynəlxalq təşkilatlarda fəal iş aparılıb. Bütün bu işlərin uğurlu nəticəsidir ki, düşmənlərimizin ölkəmizin ətrafinda yaratdığı informasiya blokadası sındırıldı, Azərbaycanın haqq səsi dünyaya çatdırıldi.
Azərbaycan BMT də daxil olmaqla beynəlxalq təşkilatların əsas prinsiplərinə hər zaman sadiq qalıb. Ölkəmiz müxtəlif beynəlxalq təşkilatlarda səsvermələr zamanı ədalətli qərarlar verib. BMT-də, digər beynəlxalq təşkilatlarda səsvermə çərçivəsində Azərbaycan Gürcüstanın, Moldovanın, Ukraynanın ərazi bütövlüyünü həmişə dəstəkləyib və yenə dəstəkləyir. Həmin ölkələr tərəfindən də Azərbaycanın ərazi bütövlüyü dəstəklənib. Bu da bizim əldə etdiyimiz uğur, beynəlxalq aləmdə qazandğımız müvəffəqiyyətimizdir.
44 günlük müharibədə bizim tarixi Qələbəmiz bizim qürur mənbəyimizdir. Bundan sonra əsrlər boyu Azərbaycan xalqı bu Qələbəni öz ürəyində, qəlbində yaşadacaqdır. Azərbaycan qarşısında duran bütün çətinliklərə baxmayaraq beynəlxalq aləmdə formalaşan imicini qoruyub saxlaya bilib və qazanılan uğurlar daha da inkişaf etdiriləcəkdir.

İsrafil Kərimov – Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Şərhlər

XƏBƏR LENTİ