XalqXəbər.Az

XalqXeber.Az » Siyasət » "Qarşımızda duran əsas vəzifə işğaldan azad edilmiş kəndlərimizi və şəhərlərimizi yenidən qurub bərpa etməkdir ”

"Qarşımızda duran əsas vəzifə işğaldan azad edilmiş kəndlərimizi və şəhərlərimizi yenidən qurub bərpa etməkdir ”

"Qarşımızda duran əsas vəzifə işğaldan azad edilmiş kəndlərimizi və şəhərlərimizi yenidən qurub bərpa etməkdir ”
5-03-2021, 10:16

Zərdab rayon idarə və siyasi partiya təmsilçilərinin açıqlamaları:

Həyata keçiriləcək inkişaf prosesləri Qarabağa həyatın yenidən qayıtmasına səbəb olacaq

Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin hərtərəfli inkişafı, xüsusi ilə hərbi gücümüzün artması Vətən müharibəsində ölkəmizin qələbəsi, əzəli və əbədi torpaqlarımız olan Qarabağın işğaldan azad olunması ilə nəticələndi. Növbəti dövrlərdə işğaldan azad olunmuş ərazilərdə həyata keçiriləcək yenidənqurma işləri, bölgənin daha da inkişaf etməsinə, həmin ərazilərin potensialından istifadə etməklə ölkəmizin daha da qüdrətlənməsinə gətirib çıxaracaq. Prezident cənab İlham Əliyev tərəfindən Şuşa şəhərinin Azərbaycanın Mədəniyyət paytaxtı elan edilməsi, yerləşdiyi coğrafi mövqeyə, turizm imkanlarına görə əhəmiyyətli olan və Azərbaycanın mədəniyyət və incəsənət beşiyi sayılan bu şəhərdə, bununla yanaşı digər ərazilərimizdə görüləcək işlər, həyata keçiriləcək layihələr ölkəmizin gücünə güc qatmaqla Azərbaycanın daha da çiçəklənməsinə səbəb olacaq.
İşğal faktının aradan qaldırılması regionda ən müasir texnologiyalara, yeniliklərə söykənən yenidənqurma dövrünün başlanğıcıdır. Düşmənin viran qoyduğu Qarabağ “ağıllı kəndlər”ə, “ağıllı şəhərlər”ə çevriləcək. Yeni nəqliyyat dəhlizlərinin yaradılması bütün bölgənin inkişafına yeni təkan verəcək. Beləliklə, Azərbaycan bütün bölgəyə yeni dinamizm gətirməklə yanaşı, tədricən Qarabağa qaynar həyatı qaytaracaqdır.

İlkin Əliyev - Zərdab Rayon Gənclər və İdman idarəsinin rəisi

Azad olunmuş torpaqlarda insanların yaxşı yaşamaları üçün orada irimiqyaslı layihələr həyata keçirmək nəzərdə tutulmuşdur

Azərbaycan Prezidenti cənab İlham Əliyevin yerli və xarici media nümayəndələri üçün keçirdiyi mətbuat konfransı dünyanın aparıcı kütləvi informasiya vasitələrində geniş təhlil olunmaqdadır. Prezident bölgədə formalaşan yeni reallıqlar baxımından kifayət qədər uğurlu keçən mətbuat konfransında jurnalistlərin bütün suallarına dəqiq və tutarlı arqumentlərlə cavab verərək nüfuzlu xarici media orqanlarının diqqətini daha çox Ermənistanın Azərbaycana qarşı apardığı işğalçılıq siyasətinə yönəltdi.
Dövlətimizin başçısı bildirdi ki, ötən ilin sonunda böyük qələbə ilə başa çatan Vətən müharibəsi nəticəsində Azərbaycan torpaqları işğaldan azad olundu. Əlbəttə ki, azad olunmuş torpaqlarda insanların yaxşı yaşamaları üçün orada irimiqyaslı layihələr həyata keçirmək nəzərdə tutulmuşdur. Bu layihələrin icrası üçün isə milyardlarla dollar vəsait lazımdır. Azad olunmuş torpaqlarda hal-hazırda 3 hava limanı inşa edilir. Orada 100 kilometrlərlə dəmir yolunun çəkilməsi üçün layihələr hazırlanmışdır. Həmçinin şəhərlər və kəndlərarası yolların salınması, asfalt yollaırn çəkilməsi, bölgələrin elektrik enerjisi, içməli su ilə təmin olunması nəzərdə tutulmuşdur. Ən başlıcası isə insanların firavan yaşaması üçün yeni yaşayış binalarının, məktəblərin, xəstəxanaların, idman komplekslərinin, mədəniyyət ocaqlarının tikintisi üçün layihələr hazırlanmışdır.
Cənab Prezidentin həmişə olduğu kimi yenə də işğaldan azad olunmuş Azərbaycan torpaqlarında insanların firavanlığını təmin edəcək irimiqyaslı tikinti layihələrinin həyata keçirəcəyinə hər birimiz inanırıq və bu yolda ona uğurlar arzu edirik.

Hüseyn Həsənov – “Şərəf nişanı” ordenli, əmək və dövlət qulluğu veteranı


Çoxşaxəli və müxtəlif təyinatlı logistik layihələr icra olunacaq

Qəhrəman Ordumuzun misilsiz rəşadəti nəticəsində torpaqlarımızın 30 illik erməni işğalından azad olunması xalqımıza, ölkəmizin bu səfalı guşələrini də sürətlə inkişaf etdirməyə, o yerlərin böyük potensialını hərəkətə gətirməyə imkan yaratmışdır. Və çox sevindirici haldır ki, artıq bu istiqamətdə genişmiqyaslı işlər başlanmışdır.
Çox əlverişli coğrafi mövqedə yerləşən Füzuli şəhərində hava limanının tikilməsi hələ başlanğıcdır. Axı, bərpa planında Zəngilanın da çox mühüm logistika mərkəzinə çevriləcəyi nəzərdə tutulur. Bu isəhəm Zəngilanda, həm də Laçında da aeroportlar tikilməsini zərurətə çevirir. Həmin işlərin görülməsi, ərazilərin bərpası üzrə kifayət qədər geniş investisiya proqramının təsdiqi, müqavilələr əsasında ilk ödənişlərin edilməsi qara işğal illəri yaşayan regionlarımızın ağ günlərindən xəbər verir.
Əlbəttə, işğaldan azad olunmuş ərazilərdə kənd təsərrüfatının da geniş perspektivi var və ötən qısa müddətdə 7 min hektardan çox sahəyə payızlıq buğda əkilməsi bu potensialın daha bir sübutudur.
Azərbaycan dövlətinin rəhbəri cənab İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində hələ İkinci Qarabağ Müharibəsindən əvvəl iki iri beynəlxalq şirkət ölkəmizdə ümumi həcmi 440 meqavat olan günəş və külək elektrik stansiyaları tikintisinə sərmayə yatırmaq istədiklərini bildirmişdi.
Daim çox güclü küləklər olan Kəlbəcər-Laçın regionunda külək stansiyalarının, il boyu günəşi əskik olmayan Zəngilan-Cəbrayıl zonasında isə günəş stansiyalarının inşa edilməsi ilə ölkəmizin bu əsrarəngiz diyarları da “yaşıl enerji” zonasının tərkib hissəsinə çevriləcək.
Bir sözlə, bu istiqamətlərdə atılan ilk addımlar bir daha təsdiq edir ki, dövlətimizin başçısının tövsiyə və tapşırıqlarına əsasən respublikamızın müvafiq strukturları əcnəbi tərəfdaşlarla bu məsələlər üzərində durmadan çalışırlar.

İsaməddin Əhmədov – “Əkinçi” qəzetinin redaktoru


Qarabağda böyük iqtisadi layihələr icra olunacaqdır

İşğaldan azad olunmuş ərazilərin abadlaşdırılması, yolların, yen-yeni şəhərlərin salınması investorlar üçün maraqlıdır. Bu da Qarabağda böyük iqtisadi layihələrin icra olunması ilə nəticələnəcəkdir. Əvvəlcə böyük şəhərlərin baş planları tərtib edilməli, şəhərlər planlaşdırılmalı və infrastruktur yaradılmalıdır. Bundan sonra binalar, məktəblər, xəstəxanalar inşa edilməlidir. Əlbəttə ki, bu böyük bir zaman tələb edir. Azərbaycanın bu şəhərlərin yenidən qurulması üçün vəsaiti də, gücü də var. Zamanla hər şey öz yerini alacaq, şəhərlər salınacaqdır.
Böyük iqtisadi layihələrin icra olunması ilə Qarabağ torpaqları yenidən canlanacaq, insanlar öz yurd-yuvalarına qayıdacaqlar. Təbii ki, zəngin təbii ehtiyatlara malik Qarabağ və ətraf rayonların iqtisadiyyatının bərpası və yenidən qurulması qeyri-neft sektorunda yeni gəlirlərin əldə edilməsinə, iş yerlərinin yaradılmasına, ixrac potensialımızın artırılmasına, ölkə iqtisadiyyatının böyüməsinə əhəmiyyətli şəkildə təkan verəcəkdir. Azərbaycan Prezidenti cənab İlham Əliyev artıq bu məsələdə öz qətiyyətli mövqeyini ortaya qoyaraq demişdir: "Qarabağı bərpa etmək, onu yer üzündə ən gözəl və həyat üçün rahat guşələrdən birinə çevirməkdən bizi dayandıra biləcək maddi maneə yoxdur”.

Eldar Xəlilov - Sosial Xidmətlər Agentliyinin 25 saylı filialının böyük mütəxəssisi


Azadlığına qovuşmuş doğma yurd yerlərimizin
bərpası və yenidən qurulması

2020-ci il Prezident, Ali Bas komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun möhtəşəm Zəfəri ilə tariximizə qızıl hərflərlə yazıldı. Artıq azadlığına qovuşmuş doğma yurd yerlərimizin bərpası və yenidən qurulması işləri çərçivəsində həmin bölgələrdə müasir infrastruktur layihələr həyata keçirilir. Belə layihələrdən biri də işğaldan azad edilmiş ərazilərdə beynəlxalq hava limanının inşa edilməsidir. Bu ilin yanvarın 14-də cənab Prezident tərəfindən Füzuli hava limanının təməli qoyulmuşdur. Bu aeroportun uçuş-enmə zolağının uzunluğu 2800 metr olacaqdır, beynəlxalq standartlara uyğun infrastrukturla təchiz ediləcəkdir. Burada təyyarələrin qəbulu və yola salınması, sərnişinlərin rahatlığı üçün hər cür şərait yaradılacaqdır. Bu, azad edilmiş bölgələrimizin inkişafı üçün çox önəmli bir layihədir.
Füzuli aeroportu xarici investorların regiona rahat şəkildə gəlişi üçün vacibdir. Sərmayəçi dövlətlər və şirkətlər təhlükəsizliyin yüksək səviyyədə təminatında maraqlı olacaqdır. Beynəlxalq təcrübə bunu göstərir.
Cənab Prezidentimiz İlham Əliyevin siyasi iradəsi ilə işğaldan azad olunmuş şəhər və kəndlərimizdə həyat yenidən canlanacaq və bütün Qarabağ cənnətə çevriləcək.

Səbuhi Kərimov - YAP Zərdab rayon təşkilatının aparat rəhbəri



Qarşımızda duran əsas vəzifə işğaldan azad edilmiş
kəndlərimizi və şəhərlərimizi yenidən qurub bərpa etməkdir

Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu 30 il işğal altında olan torpaqlarımızı azad edərək, ərazi bütövlüyümüzü bərpa etdi. İndi qarşımızda duran əsas vəzifə işğaldan azad edilmiş kəndlərimizi və şəhərlərimizi yenidən qurub bərpa etməkdir. Artıq bərpa işlərinə start verilib. Rayon mərkəzləri və kəndlərimizə yeni yollar çəkilir. Təkcə, Azərbaycanın deyil, İslam dünyasının mədəniyyət beşiyi hesab edilə biləcək Şuşa şəhərinin yenidən qurulması ilə bağlı mühüm işlər həyata keçirilir.
İnfrastrukturun qurulması və insanların köçüb öz torpaqlarında yaşamaları üçün dövlətimiz tərəfindən müvafiq addımlar atılır. Artıq Şuşa şəhərinə Prezidentin xüsusi nümayəndəsi təyin edilib. Şuşa şəhəri bizim üçün xüsusi önəm kəsb edir. Dövlətimizin başçısı Şuşa şəhərini Azərbaycanın mədəniyyət paytaxtı elan edib. Bu şəhər əvvəlki memarlıq üslubunu saxlamaqla elə bərpa edilməlidir ki, gələcəkdə buranı ziyarət edəcək hər bir yerli və xarici vətəndaşların marağına səbəb olsun.
Prezident cənab İlham Əliyev azad olunan ərazilərdə aparılan işlərlə bağlı bütün prosesləri ən xırda detallarına qədər nəzarətdə saxlayır, şəhər və qəsəbələri kəndbəkənd gəzərək həm xalqımıza prioritetləri açıqlayır, həm də dünya ictimaiyyətinə mühüm mesajlarını ünvanlayır.

Rəmzi Şirinov-YAP Zərdab rayon təşkilatının Gənclər Birliyinin sədri

Qarabağda böyük iqtisadi layihələr icra olunacaq

Müzəffər Azərbaycan Ordusu ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında Qarabağda şanlı tarix yazdı, torpaqlarımız erməni işğalçılarından təmizləndi. Hər gün cəbhədən qələbə xəbərləri gəldi, düşmən əlində olan kəndlərimiz, şəhərlərimiz işğaldan azad edildi. Bu günlər ərzində bütün dünya həm də Azərbaycan xalqının həmrəyliyinin, Ali Baş Komandanına inamının şahidi oldu, xalqımızın gücünü gördü.
İndi Azərbaycan öz ərazi bütövlüyünü bərpa etməklə yanaşı, həm də iqtisadiyyatını bütövləşdirir. 30 il ərzində erməni terrorçuları işğal etdikləri ərazilərimizi-kənd və qəsəbələrimizi, böyük şəhərlərimizi viran qoyublar, infrastrukturu, evləri dağıdıblar, təbii sərvətlərimizi talan ediblər.
Çox yüksək iqtisadi potensiala malik Qarabağın iqtisadiyyatının yenidən qurulması ilə burada sənayenin, xüsusilə də emal sənayesinin, kənd təsərrüfatının, tikinti sektorunun, təhsil və səhiyyənin, turizmin inkişafı üçün böyük imkanlar açılır. İşğaldan əvvəl Azərbaycanda istehsal edilən kənd təsərrüfatı məhsullarının 35-40 faizə qədərini bu regionun verdiyini nəzərə alsaq, onun iqtisadiyyatımızın gələcək inkişafındakı yerini və rolunu aydın təsəvvür etmək olar.
Artıq bir sıra dövlətlər Qarabağda bərpa və yenidənqurma işlərinə qoşulmaq üçün təşəbbüslə çıxış ediblər. Bu işlərə yalnız dost dövlətlər qoşulur, bununla bağlı siyasi iradə nümayiş olunur. İşğaldan azad edilmiş ərazilərdə yenidənqurma üçün böyük potensial var. Bu prosesdə iştirak edən dövlətlərlə perspektivdə digər layihələr icra oluna bilər. İşğaldan azad edilmiş ərazilərdə şəhərsalmaya, infrastrukturun inkişaf etdirilməsinə dair mühüm işlər görülür.
Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edilən Qarabağ torpaqları Azərbaycan iqtisadiyyatı üçün yaxın gələcəkdə yeni potensial iqtisadi imkanlar və iqtisadi güc deməkdir. Qarabağda iqtisadiyyatın bərpası və müasir tələblər səviyyəsində yenidən qurulması iqtisadi gücümüzə güc qatacaq, iqtisadiyyatımız nəzərə çarpan səviyyədə artacaq və böyüyəcək. Azərbaycan öz iqtisadi göstəricilərinə görə regionun lider dövləti rolunu möhkəmləndirəcək, ölkəmizin dünya miqyasında nüfuzu daha da artacaq, iqtisadiyyatımızın rəqabət qabiliyyətliliyi, sosial-iqtisadi göstəricilər və bütövlükdə əhalinin həyat səviyyəsi də yüksələcəkdir.
Zəngin təbii ehtiyatlara malik Qarabağ və ətraf rayonların iqtisadiyyatının bərpası və yenidən qurulması qeyri-neft sektorunda yeni gəlirlərin əldə edilməsinə, iş yerlərinin yaradılmasına, ixrac potensialımızın artırılmasına, ölkə iqtisadiyyatının böyüməsinə əhəmiyyətli şəkildə təkan verəcəkdir.
Qarabağda icra olunacaq layihələr sayəsində ölkədəki iqtisadi inkişaf daha da geniş vüsət alacaq.

Könül Rəhimova - Zərdab rayon Heydər Əliyev Mərkəzinin direktoru


Bu gün doğma Qarabağımızda
yenidənqurma işləri ilə bağlı addımlar atılır

2020-ci ildə Möhtərəm Prezidentimiz, cənab İlham Əliyevin qətiyyəti, yenilməz siyasi iradəsi, Milli ordumuzun şücaəti sayəsində doğma Azərbaycanımızın qəhrəmanlıq tarixinin yeni şanlı səhifəsi yazıldı. 30 il davam edən işğala son qoyulması, ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsi hər bir Azərbaycan vətəndaşının qəlbində böyük qürur hissi yaratdı. Bəli, ərazi bütövlüyümüz bərpa olundu, haqq , ədalət zəfər çaldı. Indi qarşımızda duran ən ümdə vəzifə illərlə düşmən tapdağı altında inləyən torpaqlarımızın yaralarına məlhəm olmaqdır. Mənfur düşmən bu torpaqlarda hər şeyi dağıtmış, yerlə yeksan etmişdir. Qarşımızda çox böyük işlər durur. Dağıdılmış şəhərlərimizin bərpa edilməsinə, yeni infrastrukturun yaradılmasına ehtiyacımız var.
Bu gün doğma Qarabağımızda yenidənqurma işləri ilə bağlı addımlar atılır. Qarabağda aparılan yenidənqurma işlərində dost ölkələrdən olan şirkətlər də çalışacaq. İlk müqavilələr Türk şirkətləri ilə bağlanılıb. Bu təbiidir. Hər zaman Azərbaycan Türkiyə qırılmaz qardaşlıq telləri ilə biri birinə bağlıdır. Bu gün yenidənqurma işlərində də Türk şirkətləri bizim üçün ən öndə gəlir. İtaliya, Rusiya və İran dövlətləri də yenidənqurma və bərpa işlərində yaxından iştirak etməkdə maraqlıdır. Bundan əlavə bərpa işlərinə maraq göstərən digər ölkələrlə də tərəfdaşlıq qurulur və təbii ki bu ölkələrin Dağlıq Qarabağ məsələsində tutduğu mövqe dövlətimiz üçün mühüm amildir. Bu gün Dağlıq qarabağda görülən hər iş ölkə Prezidentinin ciddi nəzarətindədir və hər sahədə qazanılan uğurlar bizi çox sevindirir.

Vəfa Bayramova - Həsən bəy Zərdabi muzeyinin direktoru


Bütün tərəfdaş və maraq göstərən
ölkələr bərpa işlərinə cəlb oluna bilərlər

Son günlər xalqımız tarixi zəfərinin şanlı dönəmlərini yaşamaqdadır. Ali Baş Komandan İlham Əliyevin müdrik siyasəti, Müzəffər Ordumuzun rəşadəti sayəsində bir vaxtlar əlçatmaz bir arzu indi həqiqətə çevrilmişdir. Tarixi torpağımız Qarabağ düşmən tapdağından azad edilmişdir. Sözsüz ki, hər bir azərbaycanlı üçün bu torpaqların tarixi-mədəni əhəmiyyəti onun iqtisadi dəyərindən qat-qat çoxdur.
Ancaq heç kimə sirr deyil ki, Qarabağ torpaqları zəngin iqtisadi potensiala malikdir. Ermənistan tərəfindən işğal olunan gündən bu ərazilər kobud istismara, talançılığa məruz qalmışdır. Regionun infrastrukturu yox səviyyəsinə enmişdir.
Artıq müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuz Vətən müharibəsi nəticəsində ölkəmizin ərazi bütövlüyünü təmin etdikdən sonra işğaldan azad edilmiş torpaqların bərpa olunması və həmin yerlərə insanların qayıtması bir vəzifə kimi qarşıya qoyulmuşdur.
Ərazilərin bərpa edilməsində, şəhərlərin, kəndlərin yenidən qurulmasında yerli orqanlarla bərabər, dost ölkələrdən olan şirkətlərin də işlərə cəlb olunacağı nəzərdə tutulmuşdur. 10 min kvadratkilometrdən çox ərazinin azad edildiyini nəzərə alsaq, göruləcək işlərin həcminin böyük olacağını təxmin etmək olar. Artıq daha iri həcmlə işlərin görulməsi üçün sifarişlər edilmişdir.
Azərbaycanda hər zaman onunla sülh, qarşılıqlı anlaşma və tərəfdaşlıq münasibətində olan dost dövlətlərə iş və münbit şəraitin olduğunu cənab prezident hər zaman öz çıxışlarında vurğulamışdır.

Maisə Xəlilova - Dəkkəoba kənd tam orta məktəbinin direktor müavini


İşğaldan azad edilmiş ərazilərin bərpası və Böyük Qayıdışın izləri

Vətən müharibəsindəki şanlı qələbədən sonra qarşıda duran vacib məsələlərdən biri işğaldan azad olunmuş ərazilərin iqtisadı inkişafı, dağıdılmış infrastrukturun, viran edilmiş şəhər və kəndlərin bərpasıdır. Bölgənin inkişafını sürətləndirəcək və regionun tranzit əhəmiyyətini artırmaq məqsədi ilə yeni yolların inşa edilməsi bu planın əhəmiyyətli hissəsidir.
Qarabağın dilbər guşəsi Şuşa şəhərini yenidən ölkəmizin iqtisadi, siyasi, mədəni və turizm bölgəsinə çevirmək, onun hər tərəfli inkişafını təmin etmək məqsədi ilə burada daxili və beynəlxalq uçuşlar həyata keçirməyi nəzərdə tutan aeroport tikilməsi, şəhərə 2 avtomobil yolu çəkilməsi işlərinə başlanılmışdır. Həmin yollardan biri Qələbə yolu adlandırılır. Bütün bu tədbirlər xaricdə yaşayan digər ölkələrin vətəndaşlarının da Qarabağa gəlməyinə imkan yaradacaq. Eyni zamanda ərazilərin yenidən qurulması və bərpası məqsədi ilə aparılan işlər məcburi köçkünlərin doğma torpaqlarına qaytarılması üçün onların həyat və məişətindəki tələbatlara cavab verən şəraitin yaradılmasına xidmət edir.

Ələkbər Kərimov – fəal gənc

[xfvalue_elave] XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.