XalqXəbər.Az

XalqXeber.Az » Siyasət » Kamran Əliyev Ərdoğanla görüşdü

Kamran Əliyev Ərdoğanla görüşdü

Kamran Əliyev Ərdoğanla görüşdü
17-02-2021, 18:43

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanın Baş prokuroru Kamran Əliyevi qəbul edib.

Bu barədə Türkiyənin Prezident Administrasiyası məlumat yayıb.

Prezident iqamətgahında baş tutan qəbulda, həmçinin Türkiyənin Baş prokuroru Bəkir Şahin də iştirak edib.

***

14:47

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Prezident sarayında Azərbaycanın Baş prokuroru Kamran Əliyevi qəbul edəcək.

Bu barədə Türkiyə Prezidenti Administrasiyası məlumat yayıb.

Xatırladaq ki, K.Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti fevralın 15-də Türkiyə Ali Məhkəməsinin Baş prokuroru Bekir Şahinin dəvəti ilə Ankaraya rəsmi səfərə gedib. Məqsəd iki ölkə prokurorluqları arasında işgüzar əlaqələrin daha da möhkəmləndirilməsidir.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.