Laçın dəhlizi: Dağlıq Qarabağın boy-buxunundan uzun “saqqalı” - GƏLİŞMƏ
Dağlıq Qarabağın ermənilərdə qalan hissəsinin şimal ucu Ağdərədən başlayıb, cənub ucu Xankəndidə bitir. Xankəndindən Ağdərəyə məsafə cəmi 48.5 kilometrdir.
Dağlıq Qarabağın şərq ucu Xocavənddən Xankəndiyə avtomobil yolu isə cəmi 39 km-dir.
Üst-üstə gələndə Dağlıq Qarabağın ermənilərin nəzarətində qalan ümumi sahəsi 3,170 kv.km. olacaq.
Ermənistandan Dağlıq Qarabağa getmək üçün ermənilərə açdığımız Laçın koridorunun uzunluğu 50 km-dir. Eni isə 5 km. Qısası, 250 kv.km. ərazini 3,170 kv.km. əraziyə keçid yolu veririk.
Əvvəla, o boy-buxun üçün bu saqqal uzun deyilmi?
İkincisi, heç bir status olmayan Dağlıq Qarabağa verdiyimiz bu imtiyaz nə deməkdir?
Üçüncüsü, üçtərəfli razılaşmaya əsasən, bizim nəzarətimizdə qalan Laçından Şuşaya gedən yolu ermənilər istifadə edə bildiyi halda, bizim niyə belə bir hüququmuz yoxdur?
Dördüncüsü, 5 km. eni olan bu dəhliz faktiki Azərbaycanla xarici ölkə arasında sərhəd nöqtəsi olacaq. Oradakı gediş-gəliş Azərbaycan sərhədçiləri və gömrükçüləri tərəfindən necə nəzarətə alınacaq? Ümumiyyətlə bizim nəzarət imkanımız nəzərdə tutulubmu?
Suallar sonsuza qədər uzana biləcək saydadır. //ovqat.com//

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Yol Polisi əlverişsiz hava ilə bağlı sürüclərə xəbərdarlıq edib
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?
Gəncə Dram Teatrını su basdı, işçi zirzəmidə qaldı - Video
Vilayət Eyvazov gürcüstanlı həmkarı ilə görüşüb - VİDEO