Vilayət Eyvazov serbiyalı həmkarı ilə görüşüb
Avqustun 11-də Azərbaycan Respublikasının Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun ölkəmizdə rəsmi səfərdə olan Serbiya Respublikasının Baş nazirinin müavini, Milli Təhlükəsizlik Şurasının katibi, Daxili İşlər naziri Neboyşa Stefanoviçlə görüşü keçirilib.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, V.Eyvazov Azərbaycanla Serbiyanın strateji tərəfdaş olduğunu məmnunluqla vurğulayaraq ölkələrimiz arasındakı münasibətlərin belə səviyyəyə çatmasında iki ölkə rəhbərliyinin qarşılıqlı səfərləri, aparılan danışıqlar və imzalanan sənədlərin mühüm rolunu qeyd edib.
Nazir V.Eyvazov 2010-cu il mayın 13-də Bakıda imzalanmış "Azərbaycan Respublikasının Hökuməti ilə Serbiya Respublikasının Hökuməti arasında cinayətkarlıqla mübarizə sahəsində əməkdaşlıq haqqında Saziş"in, eləcə də ölkələrimizin polis hazırlayan təhsil müəssisələri arasında olan “Anlaşma memorandumu”nun iki ölkənin Daxili İşlər nazirlikləri arasında əlaqələrin qurulmasında mühüm əhəmiyyətini diqqətə çatdırıb.
Nazir daxili işlər orqanlarında həyata keçirilən islahatlar barədə qonağa qısa məlumat verib, demokratik prinsiplərə söykənən, polisin fəaliyyətini tənzimləyən yeni qanunların qəbul olunduğunu, həmin qanunların icrasının xüsusi əhəmiyyət kəsb etdiyini bildirib.
Bu istiqamətdə mühüm dəyişikliklərdən birinin fəaliyyətin qabaqcıl dünya təcrübəsinə uyğun təkmilləşdirilməsi olduğunu deyən Daxili İşlər naziri son 10 ildə 8 minə yaxın əməkdaşın və hərbi qulluqçunun bir sıra beynəlxalq təşkilatların xəttilə çoxsaylı təlim və treninqlərə cəlb edildiyini, bunun şəxsi heyətin peşəkarlığının, hazırlıq səviyyəsinin daha da yüksəldilməsinə müsbət təsir göstərdiyini qeyd edib. Vətəndaşların məruz qaldığı hüquqazidd əməllərə qarşı təxirəsalınmaz operativ tədbirlərin görülməsi baxımından ən müasir informasiya texnologiyalarının imkanlarından da geniş istifadə olunduğu bildirilib.
Mövcud problemlərə toxunan Daxili İşlər naziri transmilli mütəşəkkil cinayətkarlığın əsas növlərindən olan narkotiklərin qanunsuz dövriyyəsi, beynəlxalq terrorçuluq, insan alveri, qanunsuz miqrasiya və kibercinayətkarlıq ilə mübarizənin diqqət mərkəzində dayandığını, onlara qarşı yalnız birgə səylərlə səmərəli mübarizə aparılmasının mümkünlüyünü vurğulayıb.
Qəbula görə minnətdarlığını bildirən Neboyşa Stefanoviç ölkələrimiz arasındakı əlaqələrin son illər bütün sahələrdə genişlənərək daha da dərinləşdiyini, oxşar münaqişələrdən əziyyət çəkən hər iki dövlətin bir sıra problemlərə dair beynəlxalq müstəvidə eyni mövqedən çıxış etdiyini, yaxın dost saydıqları Azərbaycanın Daxili İşlər Nazirliyi ilə əməkdaşlığın daha da inkişaf etdirilməsində maraqlı olduqlarını diqqətə çatdırıb.
Görüşdə qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər də müzakirə olunub.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Yol Polisi əlverişsiz hava ilə bağlı sürüclərə xəbərdarlıq edib
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?