Ceyhun Bayramov səfirliklərə əl qatacaqmı? - Gözlənti
Prezident İlham Əliyev iyulun 16-da Ceyhun Bayramovu Xarici İşlər naziri təyin olunması ilə əlaqədar videoformatda qəbul edən zaman diplomatları sərt tənqid edib.
Bəzi diplomatların dövlətə xəyanət etmələrinə diqqət çəkən dövlət başçısı deyib ki, onlar satqınlıq ediblər və bunu gizlətmirlər:
“Bu gün Azərbaycana qarşı çirkin kampaniya aparan, özünü azərbaycanlı kimi təqdim edən, əslində, ermənilərdən də pis olan ünsürlərin mütləq əksəriyyəti yaşadıqları ölkələrin xüsusi xidmət orqanlarının nəzarətindədir. Onlardan pul və təlimatlar alırlar. Bizdə bu məsələ ilə bağlı kifayət qədər məlumatlar var. Bizim xüsusi xidmət orqanlarımız tərəfdaş ölkələrin xüsusi xidmət orqanlarına dəfələrlə bu haqda məlumatlar vermişlər”.
Ölkə başçısının bu açıqlamasından sonra bəzi səfirlik və diplomatik nümayəndəliklərdə ayrı-ayrı qurumlar tərəfindən yoxlamalara başlanıldığı bildirilir.
Hesablama Platasının mətbuat katibi Nailə Qazıyeva Modern.az-ın sorğusuna cavab olaraq bildirib ki, hələlik yoxlama aparılmayıb:
“Cari dövrdə yoxlama aparılması nəzərdə tutulmayıb”.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Yol Polisi əlverişsiz hava ilə bağlı sürüclərə xəbərdarlıq edib
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?