XalqXəbər.Az

www.XALQXEBER.az » Siyasət » İnsan alverinə qarşı mübarizəyə dair Milli Fəaliyyət Planı təsdiqləndi - SƏRƏNCAM

İnsan alverinə qarşı mübarizəyə dair Milli Fəaliyyət Planı təsdiqləndi - SƏRƏNCAM

İnsan alverinə qarşı mübarizəyə dair Milli Fəaliyyət Planı təsdiqləndi - SƏRƏNCAM
22-07-2020, 17:27

Prezident İlham Əliyev “Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2020─2024-cü illər üçün Milli Fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında Sərəncam imzalayıb.
Sərəncamla insan alverinə qarşı mübarizə sahəsində həyata keçirilən tədbirlərin davamlılığının təmin edilməsi, normativ hüquqi bazanın və institusional mexanizmlərin təkmilləşdirilməsi, dövlət qurumlarının qarşılıqlı fəaliyyətində səmərəliliyin artırılması və Azərbaycan Respublikasının bu sahədə beynəlxalq öhdəliklərinin icrasının təmin edilməsi məqsədilə qərara alınır ki, “Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2020─2024-cü illər üçün Milli Fəaliyyət Planı” təsdiq edilsin (əlavə olunur).

Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamla təsdiq edilmiş “Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2020─2024-cü illər üçün Milli Fəaliyyət Planı”nda nəzərdə tutulan tədbirlərin icrasının gedişi barədə ildə bir dəfə Azərbaycan Respublikasının Prezidentinə məlumat verəcək, bu Sərəncamdan irəli gələn digər məsələləri həll edəcək.

Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi həmin Milli Fəaliyyət Planında nəzərdə tutulan tədbirlərin aidiyyəti dövlət qurumları ilə birlikdə həyata keçirilməsini əlaqələndirəcək.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.