Əli Kərimli Baş Prokurorluğa çağırıldı
AXCP sədri Əli Kərimli Baş Prokurorluğa dəvət edilib.
Bi barədə partiyanın üzvləri sosial şəbəkədə məlumat yayıblar. Qeyd edilib ki, Əli Kərimli rəsmi çağırışla həftənin 5-ci günü, saat 10:30-da prokurorluğun ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinə çağırılıb.
***
AXCP sədri Əli Kərimli Baş Prokurorluğa çağırılması ilə bağlı açıqlama yayıb. O bildirib ki, rəsmi bildirişdə çağırışın səbəbi kimi partiya üzvü olmayan şəxslərə saxta üzvlük vəsiqəsi verilməsi məsələsi göstərilib: “Bir daha və tam məsuliyyətlə bildirirəm ki, AXCP rəhbərliyi tərəfindən partiyanın həqiqətən üzvü olmayan bircə nəfərə də üzvlük sənədləri verilməyib. Tam əksinə, bizim əvəzimizə sənədlər, o cümlədən mənim imzamı saxtalaşdıraraq sənədlər verilib və partiyamızın fəalları bu saxtakarlığı ifşa edərək, həqiqi və saxta sənədlərin nümunələrini mətbuat və sosail şəbəkələrdə geniş yayıblar. Mənim müavinim Gözəl Bayramlını və AXCP Təşkilat Şöbəsinin müdüri Saqif Qurbanovu da həmin iş üzrə prokurorluğa çağırıblar”.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...