AXCP-də nonses: Əli Kərimli onu tənqid edən Sahib Kərimlini partiyadan çıxardı – Məclis sədrinin isə qərardan xəbəri yoxdur
AXCP-nin qurultayında partiya sədrliyinə namizəd olmuş Sahib Kərimlini partiya sıralarından çıxarılıb.
Sahib Kərimlinin partiyadan çıxarılması ilə bağlı qərar AXCP-nin Şəki rayon şöbəsi Məclisində verilib.
Partiyadan çıxarılması ilə bağlı danışan S.Kərimli deyib ki, dəfələrlə Əli Kərimlinin təşəbbüsü ilə AXCP Rəyasət Heyətində və Şəki rayon təşkilatında məni partiyadan çıxarmaqla bağlı müzakirələr açılsa da, qərar qəbul etmək mümkün olmamışdı: “İndi məlum olur ki, şöbə sədri facebook profilində qeyd yazıb ki, Şəki şöbəsinin məclisində guya yekdilliklə qərar qəbul edilib ki, partiyadan xaric olunum. Bütün saxtakarlıqları bir tərəfə, təkcə onu qeyd edim ki, Məclis sədri Elşad Həsənovla əlaqə saxladım, onun bu qərardan xəbəri yoxdur”.
S.Kərimli deyib ki, Əli Kərimli 2018-ci ilə kimi ona tanıdığı zamanı gözləməyə cəsarət etmədi: “İctimai rəyi nəzərə almadan partiya daxilində alternativ fikri saxta və antidemokratik yolla susdurmaq yolunu tutdu.
Bəyan edirəm ki, qanuni yollarla bu qərarın saxta olduğunu sübut edəcəm, partiya üzvlüyümü bərpa edib, 2018-ci ildən sonra Əli Kərimlinin istefasına nail olub, demokratik qurultay keçirilməsini təmin etmək üçün sistemli fəaliyyətə başlayacam.
Hələlik isə Əli Kərimli partiya üzvlərini və cəmiyyəti aldatmaqla məşğul olsun, zaman onun əleyhinə işləyir. Qərara qarşı bu gün başlayacağım fəaliyyəti öz lehinə çevirib, ictimai rəyi yenidən çaşdırmasına imkan verməyəcəm”.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...