İlham Əliyev: 2017-ci il Azərbaycan üçün uğurlu olacaq
“Bu ilin birinci rübündə ölkəmizdə iqtisadi inkişaf təmin olunub, sosial məsələlər həllini tapıb, ordu quruculuğu uğurla aparılıb”.
Məlumata görə, bunu bu gün Azərbaycan Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2017-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında deyib.
Dövlət başçısı bildirib ki, 2017-ci il Azərbaycan üçün uğurlu il olacaq: “Beynəlxalq vəziyyət gərgindir. Təəssüf ki, münaqişələr davam edir, yeni risklər yaranır. Azərbaycan təhlükəsizliyini təmin etmək üçün tədbirlər görür. Bu ilin ilk 3 ayında xarici ölkələrə 7 səfər etmişəm, beynəlxalq tədbirlərə qatılmışam. Bu səfərlər böyük əhəmiyyət daşıyır, Azərbaycanın beynəlxalq imicinin möhkəmləndirilməsi, ikitərəfli əlaqələrin inkişafı baxımından önəmlidir”.
Prezident İlham Əliyev bildirib ki, bu ilin ilk 3 ayında Azərbaycana 7 xarici dövlət başçısı səfər edib: “Bu, ölkəmizə olan hörmətin göstəricisidir. Bu ilin birinci rübündə Bakıda keçirilən 40-dan çox fəaliyyətdə olan və sabiq dövlət başçısının iştirak etdiyi Beşinci Qlobal Forum, eləcə də ABŞ və Rusiya Silahlı Qüvvələri Baş qərargah rəislərinin görüşü Azərbaycanın dünyadakı rolunu, dünya miqyasında etibarlı tərəfdaş olduğunu əks etdirir”.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək