Tahir Kərimlidən partiya sədrlərinə İTTİHAM: “Biri şiəliyi, digəri nurçuluğu təbliğ edir”
Son zamanlar sosial şəbəkələrdə məzhəbçilik və təriqətçilik nöqteyi-nəzərindən ambisiyalı yazıların yazılması məni hədsiz narahat edir.
Bu sözləri açıqlamasında deputat Tahir Kərimli deyib.
Onun sözlərinə görə, həmin yazı müəlliflərinin siyasətçi, partiya sədri olmaları xüsusi narahatlıq doğurur.
“Partiya sədri siyasətlə, partiyanın nizamnamə və proqramında nəzərdə tutulan məsələlərlə məşğul olmalıdır. Çox təəssüf edirəm ki, biri şiəliyi, digəri sünniliyi, üçüncüsü nurçuluğu təbliğ edir. Bunlar demək olar ki, azərbaycanlıları bölürlər. Hərə öz nöqtəyi-nəzərin, hərə bir dövlət adamını, tarix xadimini, hansısa dövləti istinad gətirməklə digərlərini təhqir edir, cəmiyyət parçalanır, bu virtual aləmdən həqiqi cəmiyyətimizə keçə bilər”.
Deputatın sözlərinə görə, 20-ci əsrin əvvəllərində Azərbaycanın bütün böyük şəhərlərinin din xadimləri Bakıya toplaşıb əllərini Quran-i Kərimə basıb and içdilər ki, onlar heç vaxt məzhəb qarşıdurmasına yol verməyəcəklər.
“Təsəvvür edin 100 il babalarımızın etdiyi bir işi biz edə bilmirik. Ondan sonra bir çox müsbət hadisələr baş verdi. Müxtəlif təriqətlərin nümayəndələri bir-birlərinə qız alıb-verdi, papaqlarını dəyişdilər, Azərbaycanın bütövlüyünü qorudular. İndi isə narahatlığa səbəb olan məsələlərdən biri odur ki, bir-birini açıqca təhqir janrına keçiblər. Cəmiyyət hədsiz dərəcədə bölünür, bunlar nə etmək istəyirlər?
Bunların bəziləri “narsizm” xətəliyinə tutulub. Yəni özünəvurğunluq o dərəcədədir ki, özlərini bu sahədə böyük ideoloq sayırlar. Sanki ancaq bunlar kitab oxuyurlar, başqaları oxumur. Bunların məqsədi Azərbaycanı Suriyaya, İraqa çevirməkdirmi? Bu insanlarda məsuliyyət yoxdurmu? Ona görə də, nə qədər gec deyil, bu problemdən xilas olmaq lazımdır. Baxırsan kütləvi şəkildə insanlar bu mübahisələrə qoşulub. Bu siyasətçilərin başqa partiya vəzifələri yoxdurmu? Keçmişimizə həqarət, bu günümüzə parçalanma kimi məsələləri aradan götürmək lazımdır.
Bilirik ki, həm cənubi, həm şimali Azərbaycanda dövlət xadimlərimiz bizi daha çox mədəni sahəyə buyurublar. Çalışıblar ki, mədəniyyətimiz və başqa sahələrimiz inkişaf etsin, qoymayıblar ki, öz tarixi şəxsiyyətlərimizi öyrənək. Ona görə biz ən çox şairlərimizlə fəxr edirik, dövlət adamlarımızla yox. Ancaq bu o demək deyil ki, sən bunları qruplara böləsən. Hansısa keçmiş dövlət xadimini məzhəbə aid edəsən, başqalarına düşmənçilik edəsən. Bu düzgün deyil. Mən diqqət edirəm ki, bu müzakirələrə Türkiyədən, İrandan və başqa ölkələrdən qoşulanlar var. Mən çox xahiş edərdim ki, bu müzakirələrdən çəkilsinlər. Ola bilər o adamlar ki, bu məsələdə başlanğıc götürüblər və buna son qoymurlar, heç olmasa başqaları onların arxasınca getməsinlər”.

Azərbaycandan Ermənistana dizel və taxıl daşıyan növbəti qatar yola salınıb
Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
Mazen Torki Saud Əl-Qadi: İlham Əliyevin siyasəti nəticəsində Azərbaycan təhlükəsiz ölkəyə çevrilib
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub