Mərkəzi Seçki Komissiyasının (MSK) növbədənkənar parlament seçkiləri ilə əlaqədar iclası başlayıb.
MSK sədri Məzahir Pənahov sədrliyi ilə keçirilən toplantıda növbədənkənar seçkilərə hazırlıq məsələsi müzakirə olunur. Eyni zamanda, növbədənkənar parlament seçkilərinə hazırlıqla əlaqədar işçi qrupları yaradılacaq, Təqvim Planı təsdiq olunacaq.
Qeyd edək ki, Azərbaycanda növbədənkənar parlament seçkiləri 2020-ci il fevralın 9-da keçiriləcək.