SON DƏQİQƏ
XalqXeber.Az » Siyasət » Milli Məclisin buraxılmasına dəstək vermişəm - Oqtay Əsədov

Milli Məclisin buraxılmasına dəstək vermişəm - Oqtay Əsədov

Tarix:

29-11-2019, 13:58

/ 1 360 dəfə oxundu.
Milli Məclisin buraxılmasına dəstək vermişəm - Oqtay Əsədov

Parlamentdə çoxluq təşkil edən Yeni Azərbaycan Partiyasının üzvü olan deputatlar mənə müraciət ediblər. Onlar V çağırış Milli Məclisin buraxılması ilə bağlı növbədənkənar seçkilərin təyin edilməsi üçün Prezident İlham Əliyevə müraciət edilməsi haqqında məsələnin müzakirəyə çıxarlmasını istəyiblər.

Bu barədə Milli Məclisin bu gün keçirilən plenar iclasında spiker Oqtay Əsədov bildirib:

Mən də bu məsələyə dəstək vermişəm. Dekabrın 2-də gündəlikdə bir məsələ olacaq və bununla bağlı plenar iclas keçiriləcək.

Spikerin sözlərinə görə, qanunverici orqanın buraxılması barədə məsələ bütün deputatlara aiddir.

Bu hər kəsə aiddir, həm siyasi partiyaların üzvlərinə, həm də bitərəf olanlara, - deyə O.Əsədov bildirib.

Qeyd edək ki, ötən gün hakim Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının iclası keçirilib. İclasda verilən qərara əsasən, partiyanı təmsil edən deputatlara Milli Məclisin buraxılması ilə bağlı təşəbbüslə çıxış etmək tövsiyə olunub.

Şərhlər

XƏBƏR LENTİ