SON DƏQİQƏ
XalqXeber.Az » Siyasət » Putindən İlham Əliyevə təbrik teleqramı

Putindən İlham Əliyevə təbrik teleqramı

Tarix:

4-04-2017, 12:37

/ 39 553 dəfə oxundu.
Putindən İlham Əliyevə təbrik teleqramı

Rusiya prezidenti Vladimir Putin Azərbaycan dövlət başçısı İlham Əliyevi iki ölkə arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyi münasibəti ilə təbrik edib.

xalqxeber.az xəbər verir ki, təbrik məktubu Kremlin rəsmi saytında yerləşdirilib:

“Əminəm ki, birgə səylərimiz nəticəsində biz gələcəkdə də aktiv şəkildə Rusiya ilə Azərbaycan arasındakı strateji əməkdaşlığı inkişaf etdirəcəyik. Bu, ölkə vətəndaşlarımızın köklü maraqlarına uyğundur və Cənubi Qafqaz, o cümlədən onun sərhədlərindən kənarda sülhün, təhlükəsizliyin, stabilliyin möhkəmlənməsi ilə paralel gedir”.

Putin bildirib ki, ötən illər ərzində ölkələr dostluq, qarşılıqlı hörmət əlaqələrini qoruyub saxlaya və inkişaf etdirə biliblər.

Dövlət başçısı azərbaycanlı həmkarına möhkəm can sağlığı və uğurlar, Azərbaycan xalqına isə əmin-amanlıq və firavanlıq arzulayıb.

Şərhlər

XƏBƏR LENTİ