"Putinlə şəxsi münasibətlərim var" - İlham Əliyev
Rusiya Prezidenti ilə məni yaxın, etimada əsaslanan münasibətlər bağlayır".
Prezident İlham Əliyev Şimali Qafqaz Müftilərinin Əlaqələndirmə Şurasının sədri, Rusiya Federasiyası Qaraçay-Çərkəz müftisi İsmayıl Berdiyevlə dialoqu zamanı bildirib.
"Bu, çox vacibdir. Biz dəqiq başa düşürük ki, sıx qarşılıqlı fəaliyyətimiz, strateji tərəfdaşlığımız bizim üçün, xalqlarımız üçün vacibdir. Bundan əlavə, şəxsi münasibətlər də var. Məhz bu qarşılıqlı etimad səviyyəsi çoxillik, səmimi və həqiqi əməkdaşlıq sayəsində qazanılıb. Bu etimad səviyyəsi bizim hər hansı məsələləri müzakirə etməyimizə və onları həll etməyimizə imkan verir.
Mən də Rusiya Prezidentinə böyük hörmət bəsləyirəm.
Mən onunla hələ Heydər Əliyev Azərbaycan Prezidenti olduğu dövrdən tanışam.
O vaxt Vladimir Vladimiroviç Azərbaycana səfər etmişdi. Ona qədər Sovet İttifaqı dağılandan sonra 10 il ərzində Rusiya Prezidenti Azərbaycana gəlməmişdi. Hərçənd, biz qonşularıq, bizi çox şey bağlayır.
Vladimir Vladimiroviç isə Prezident olan kimi atamın dəvətini qəbul etdi, Azərbaycana gəldi və bizə hörmətini göstərdi. Əslində o vaxt Heydər Əliyevlə o, bizim münasibətlərimizin təməlini qoydu, bu münasibətlər bu gün də davam edir. Ona görə mən bu yolla gedirəm və Rusiya Prezidenti ilə mənim çoxsaylı, məzmunlu görüşlərim bir-birimizə səmimi münasibətin təzahürüdür. Xalqlarımız bunu bilir və görür. Bu, böyük sərvətdir".

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Yol Polisi əlverişsiz hava ilə bağlı sürüclərə xəbərdarlıq edib
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?