Arif Hacılı: “Onlar Avropaya kefindən getməmişdilər...”
“Avropadan soydaşlarımız deport olunur. Onların öz məqsədi var. Ərazisində miqrantların sayını mümkün qədər azaltmaq hər Avropa ölkəsinin dövlət siyasətidir. Azərbaycanda nə baş verir? Bu olaydan hərə öz məqsədi üçün yararlanmağa çalışır. Real TV və başqa dövlət kanalları şadyanalıq edir. Biriləri bundan siyasi opponentlərə qarşı istifadə etməyə çalışır”
Bunu Müsavat Partiyasının başqanı Arif Hacılı deyib.
A.Hacılı bildirib ki, deport olunanlar arasında bir neçə ailə, xeyli uşaqlar var: “Onları ən azı saxlanma, aşağılanma, sorğu-sual gözləyir. O qadınların, çocuqların üzüntüsünü, ürəklərinin sızıltısını, o üzüntüyə görə məhv olan ataların iztirabını düşünürsüzmü? Onlar Avropaya kefindən getməmişdilər. Bu yolla həyatlarını xilas etmək istəyirdilər. Bu da alınmadı. Nəyə sevinirsiniz? Nəyi bayram edirsiniz? Biz ki, belə amansız millət deyilik?! Bizə nə oldu?”.
Xatırladaq ki, noyabrın 13-də Almaniyanın 6 əyalətində 38-dən çox ev və iş yerlərinə basqın zamanı Azərbaycanın 7 vətəndaşı saxlanılıb. Onların barələrində həbs qətimkan tədbiri seçilib. Həbs edilənlər arasında Müsavat Partiyası Avropa Koordinasiya Mərkəzinin (Müsavat AKM) sədri İlham Həsənin, Müsavat Partiyasının üzvü, Müsavat AKM sədrinin müavini Mehdi Xəlilbəylinin, Müsavat AKM-in üzvü Abdin Cavadovun, Müsavat Partiyasının üzvü Elşən Abdullayevin də olduğu iddia edilir.
Bundan başqa, Son iki gündə Almaniyadan 11 Azərbaycan vətəndaşı deportasiya edilib. Onlar Almaniyanın Şimali Reyn Vestfaliya əyalətinin Geseke şəhərində yaşayan Əfran və Ülviyyə Mütəllimovalar, Axen şəhərindən Toğrul Məmmədov, Hamm şəhərindən Azər Əliyev həyat yoldaşı və iki uşağı ilə, Bavariya əyalətindən isə İmran Davudov, Ülviyyə Davudova və onların övladları - 11 yaşlı Fatimə və 9 yaşlı Binnət Davudovalardır. Azərbaycan vətəndaşları Bayroyt və Düsseldorf hava limanlarından transfer uçuşu vasitəsilə Azərbaycana deportasiya ediliblər. Onlar sığınacaq istəklərinin geri çevrilməsi ilə bağlı Almaniya Miqrasiya və Qaçqınlarla iş üzrə Federal İdarənin (BAMF) qərarından məhkəməyə dəfələrlə şikayət etsələr də, deportasiyadan xilas ola bilməyiblər.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Yol Polisi əlverişsiz hava ilə bağlı sürüclərə xəbərdarlıq edib
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?