"İSLAHATLARIN YENİ DALĞASI GƏLİR” – Rüstəmov hökumətdə yeni dəyişikliklərin olacağını təsdiqləyib
Hökumətdə yeni dəyişikliklərin olacağını Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin sədri Elman Rüstəmov da modern.az-ın sualını cavablandırarkən təsdiqləyib.
“İslahatların miqyası göstərir ki, burada söhbət artıq yeni kursdan gedir. Bu islahatlar indiyədək mövcud olan iqtisadi modelin tamamilə yenilənməsinə xidmət edəcək. İslahatların əsas istiqamətlərinə baxanda yaxın keçmişdə toxunulmaz hesab edilən vergi, gömrük, fiskal sferada radikal islahatlar və şəffaflaşmanın şahidi olduq, məhkəmə islahatlarına start verildi. Bütövlükdə struktur və kadr islahatları geniş vüsət alıb. Əməkhaqlarının artırılması əmək bazarının formalaşmasında mühüm rol oynayır” – deyə Rüstəmov bildirib.
Elman Rüstəmov deyib ki, islahatların yeni dalğası gəlir və onun əhatəsi daha da genişlənəcək: “Bu islahatların mərkəzində isə dövlət maliyyəsindən, dövlət sektorundan özəl sektora, bazar qüvvələrinə və xarici investisiyalara arxalanmaq dayanır”.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək