MSK-ya yeni üzv təyin edildi
Milli Məclisin (MM) bu gün keçirilən plenar iclasında “Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının üzvünün təyin edilməsi haqqında” qanun layihəsinə baxılıb.
Parlamentin heç bir siyasi partiyaya mənsub olmayan (müstəqil) deputatlarının yığıncağına sədrlik edən MM sədrinin müavini Valeh Ələsgərovun adından MM sədri Oqtay Əsədova müraciət ünvanlanıb.
Qeyd olunub ki, Seçki Məcəlləsinin 24-cü maddəsinə uyğun olaraq, Milli Məclisin heç bir siyasi partiyaya mənsub olmayan deputatlarını Mərkəzi Seçki Komissiyasında (MSK) təmsil edəcək Rövzət Qasımovun namizədliyi parlamentin müzakirəsinə təqdim olunur.
Müzakirələrdən sonra layihə səsverməyə çıxarılaraq qəbul edilib.
Xatırladaq ki, R.Qasımov 21 ildir MSK-da çalışır. 1998-2011-ci illərdə Beynəlxalq əlaqələr şöbəsinün müdiri olub, 2011-ci ildən isə MSK Katibliyinin müdiridir. Onun MSK-nın beynəlxalq əlaqələrinin qurulmasında müstəsna xidmətləri var.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Yol Polisi əlverişsiz hava ilə bağlı sürüclərə xəbərdarlıq edib
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?