Azərbaycan Rusiyaya nota VERDİ
Azərbaycan Rusiyaya nota verib.
Azərbaycanın Rusiyadakı səfirliyindən məlumat verilib.
Bildirilib ki, bu ilin 9 avqust tarixindən Rusiyanın Pyatiqorsk şəhərində “Maşuk-2019” Şimali Qafqaz Gənclər Forumu öz işinə başlayıb .
Forum çərçivəsində Ermənistanın Rusiyadakı Səfirinin tədbir iştirakçıları ilə keçirilən görüşü zamanı o, Azərbaycana, ölkəmizin suverenliyinə və ərazi bütövlüyünə qarşı yolverilməz fikirlər səsləndirib ki, bu da Forumda iştirak edən “Gənclərin Bakı klubu” ictimai birliyinin sədri Sabir Rüstəmovun haqlı etirazına səbəb olub və xoşagəlməz insident baş verib .
Bununla bağlı Sabir Rüstəmov Səfirliyə müraciət ünvanlayaraq hadisənin mahiyyətini açıqlayıb və Səfirlikdən dəstək istəyib. Məsələnin ciddiliyini, Azərbaycan ictimaiyyətində doğurduğu əks-sədanı nəzərə alaraq, Səfirlik Rusiyanın Xarici İşlər Nazirliyinə rəsmi Nota ünvanlayıb.
Bundan əlavə, Səfir Polad Bülbüloğlu, daha öncə əldə olunmuş razılığa baxmayaraq, Pyatiqorsk şəhərinə səfərdən, yuxarıda qeyd olunan Forumda iştirakdan və planlaşdırılmış görüşlərdən imtina edib.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək