“Onlara yüksək əməkhaqqı verilməlidir” - Deputat
Milli Məclisdə hökumətin hesabatından sonra millət vəkillərinin çıxışları başlayıb.
xalqxeber.az xəbər verir ki, millət vəkili Musa Qasımlı çıxışında ölkə miqyasında özəlləşdirilməyə gedilməsini təklif edib. Qeyd edib ki, bu, iqtisadiyyatın inkişafına kömək edəcək .
Əli Məsimli əlavə edib ki, 2016- ci ildə yaranmış vəziyyətdən çıxmaq üçün bir sıra tədbirlər görülüb: “Beynəlxalq Valyuta Fondu ötən il iqtisadiyyatımızda 2,5 faiz artım olacağını proqnozlaşdırmışdı. Ancaq hökumət bu rəqəmin 1,8 faiz olacağını vurğulamışdı. Amma təəssüf ki, ötən il artım əvəzinə 3,1 faiz enmə müşahidə olunub. İlk növbədə islahatlar xalqa çatdırılmalı və onlar tərəfindən dəstəklənməlidir. Bunun üçün İTV-də Rusiyada olan biznes kanalı formasında bir blok yaradılsın və əhali iqtisadi proseslərlə bağlı məlumatlandırılsın. Rayonlarda yeni iş yerlərinin açılması istiqamətində işlər görülməlidir”.
Əflatun Amaşov bildirib ki, indi vəziyyət elə gətirib ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayondakı idarələrində belə, burun-boğaz həkimləri kənardan gətirilir: “Buna görə də tibb təhsili verən ali məktəblərdə təhsil alan tələbələri bölgələrə yönəltmək lazımdır. Onlara yüksək əməkhaqqı verilməlidir”.

Azərbaycandan Ermənistana dizel və taxıl daşıyan növbəti qatar yola salınıb
Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
Mazen Torki Saud Əl-Qadi: İlham Əliyevin siyasəti nəticəsində Azərbaycan təhlükəsiz ölkəyə çevrilib
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb