"Söz azadlığı, seçki, saytların bloklanması, seksual azlıqlar..." - BMT rəsmi Bakıya 259 tövsiyə verdi
BMT İnsan Hüquqları Şurasının işçi qrupu mayın 17-də bəzi ölkələrin, o cümlədən Rusiya və Azərbaycanın milli hesabatlarının müzakirəsi zamanı irəli sürülən tövsiyələri təsdiqləyib.
115 üzv dövlət Rusiyanın ünvanına tövsiyələrlə çıxış edib, 11 ölkə isə öz suallarını bundan öncə göndərib. Beləliklə, bu ölkə 317 tövsiyə alıb. Moskva bu ilin sentyabrından gec olmayaraq, İnsan Hüquqları Şurasının 39-cu sessiyası başlayana qədər tövsiyələrə reaksiya verəcəyini vəd edib.
Azərbaycana 135 üzv dövlət sual ünvanlayıb. Rəsmi Bakı 259 tövsiyə alıb. Onların arasında söz azadlığının təminatı, seksual azlıqların hüquqları, müxalifətyönlü internet saytların bloklanması, seçkilərin və referendumun keçirilməsi şərtləri ilə bağlı suallar var.
BMT insan hüquqları üzrə ali komissarının idarəsi tərəfindən hazırlanan hesabatda bəzi QHT-lərin mövqeyi ümumiləşdirilir. Belə ki, onlar LGBT nümayəndələrinin kütləvi həbsini və onlarla sərt davranışı pisləyiblər.
Həmçinin tərəflər Azərbaycanın İşgəncələr Əleyhinə Konvensiyanın müddəalarını pozduğunu qeyd edirlər və "siyasi motivli həbslər" barədə bildirirlər.
Eyni zamanda Bakının erkən nikah və yaxın qohumlar arasında nikaha qarşı mübarizədə səyləri qeyd olunur. Hüquq müdafiəçilərinin məlumatna görə, ölkədə təkcə erkən yaşda yox, həm də dini nikah kəskin problem kimi qalır. Bu, qadınların boşanma zamanı iddia qaldırmasına imkan vermir.
BMT İnsan Hüquqları Şurasının işçi qrupunun iclasında Azərbaycanın rəsmi nümayəndə heyətinə xarici işlər nazirinin müavini Xələf Xələfov rəhbərlik edib. O, ölkədə insan hüquqlarına əməl olunması haqda milli hesabatı təqdim edib. Sənəddə BMT tövsiyələri nəzərə alınmaqla, qanunvericilik bazasının təkmilləşdirilməsindən danışılır.
Hesabata əsasən Azərbaycanda 5 mindən çox KİV mövcuddur. Əhalinin 78%-i İnternetdən istifadə edir, Konstitusiya toplaşma azadlığına zəmanət verir. Dini tolerantlığın "yüksək səviyyəsi"ndən söz açılır: 2017-ci ilin oktyabrına olan vəziyyətə görə, ölkədə 783 dini icma qeydə alınıb. Bunlardan 755 - i müsəlman, 17 - i xristian, 8 - i yəhudi, 2-i bəhai, 1-i Krişna şüuru dini icmasıdır.
Azərbaycan nümayəndə heyətinin rəhbəri Xələf Xələfov mayın 17-də çıxışında vəd edib ki, Azərbaycan hakimiyyəti BMT İnsan Hüquqları Şurasının sentyabrda keçiriləcək 39-cu sessiyasına qədər tövsiyələrə cavabları hazırlayacaq.
Amerikanın Səsi

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək