Azərbaycan da təyin olunan yeni nazirlər kimin övladlarıdır? - Polis, prokuror...
Xəbər verdiyimiz kimi, ötən gün Prezident İlham Əliyev Nazirlər Kabinetinin tərkibini təsdiqləyib.
Nazirlər Kabinetinin tərkibində gənclərə də yer verilməsi təqdir edilir. Onların həm də tanınmış nəsillərin davamçısı olduğu üzə çıxıb.
Məlumata görə, Əmək və Əhalinin Sosial Müdafiə naziri təyin edilən 38 yaşlı Sahil Babayev tanınmış polis polkovniki Rafiq Babayevin oğludur. R.Babayev uzun müddət DİN Pasport və Qeydiyyat İdarəsinin rəisi vəzifəsini daşıyıb.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri vəzifəsinə gətirilən Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Rövşən Rzayev Bakının məşhur prokuroru (1994-98) Şükür Rzayevin oğludur.
Kənd Təsərrüfatı naziri vəzifəsinə təyin edilən İnam İmdad oğlu Kərimovun ailəsi də öz intellekti və yüksək təhsili ilə seçilir. Onun qardaşı Mətin Kərimli hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini vəzifəsini daşıyır.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Yol Polisi əlverişsiz hava ilə bağlı sürüclərə xəbərdarlıq edib
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?