“KİV haqqında” qanuna dəyişiklik edilir
Milli Məclisin (MM) İnsan hüquqları komitəsinin aprelin 20-də keçirilən iclasının gündəliyinə üç məsələ salınıb.
Bunlar Ombudsmanın illik məruzəsi, o, cümlədən, “Kütləvi informasiya vasitələri haqqında” və “Müəllif hüquqları və əlaqəli şəxslər haqqında” qanunlara dəyişiklikləri nəzərdə tutan qanun layihələridir.
“Kütləvi informasiya vasitələri haqqında” qanuna təklif olunan dəyişikliklərdə göstərilir ki, (maddə 21.1.1) “Reklam haqqında” qanunla reklamı qadağan edilmiş malların istehsalı və (və ya) satışı ilə məşğul olan şəxslər sponsor ola bilməzlər.
Həmçinin təklif olunur ki, sponsorun maliyyə yardımı ilə hazırlanmış dövri mətbuat nəşrlərində bu barədə məlumat çap olunmalıdır:
“Dövri mətbuat nəşrlərində yayımlanan elanlarda (anonslarda) əmtəə nişanının, reklamvericilərin, sponsorun adının və loqosunun yerləşdirilməsi reklam hesab olunur.
Eyni zamanda, qanunu 1.3-cü maddəsinə yeni məzmunda altıncı hissənin əlavə edilməsi təklif olunur: yəni, sponsor reklamı reklamla bağlı qanunauyğun olaraq yayımlanır”.
Bununla yanaşı, 45-ci maddəyə yeddinci hissənin əlavə olunması təklif olunur:
“Haqsız, qeyri-dəqiq və gizli reklam “Reklam haqqında” qanununun tələbləri nəzərə alınmaqla təkzib olunur”.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Yol Polisi əlverişsiz hava ilə bağlı sürüclərə xəbərdarlıq edib
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?