Generallar Bakıda razılığa gəldilər
Xəbər verdiyimiz kimi, NATO-nun Avropada Müttəfiq Silahlı Qüvvələrinin Ali baş komandanı, general Körtis M. Skaparrotti və Rusiya Federasiyasının Silahlı Qüvvələrinin Baş Qərargah rəisi və müdafiə nazirinin birinci müavini, general Valeri Gerasimov 19 apreldə Bakıda görüşüblər.
ABŞ-ın Azərbaycandakı səfirliyindən verilən məlumata görə, NATO bununla bağlı bəyanat yayıb.
Bəyanatda bildirilib ki, iki yüksək rütbəli hərbçinin görüşündə məqsəd proqnozlaşdırıla bilmə və şəffaflığı artırmaqdır.
"Görüşdə hərbi vəziyyət və təlimlər barədə müzakirələr aparılıb. Bu təkbətək görüş hərbçilər arsında ünsiyyətin saxlanılması və NATO-nun dialoq və şəffaflıq siyasətinə uyğunluğa olan ortaq marağın aşkar göstəricisidir”-deyə bəyanatda bildirilib.
Qeyd olunub ki, bu görüş 7 sentyabr 2017-ci ildə NATO-nun Həbri Komitəsinin sədri, general Petr Pavelin Valeri Gerasimovla Bakıdakı şəhərində görüşünün ardınca baş verib.
"General Skaparrotti və general Gerasimov gələcəkdə hərbçilər arasında ünsiyyəti davam etdirmək barədə razılığa gəliblər”-deyə bildirilib.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Yol Polisi əlverişsiz hava ilə bağlı sürüclərə xəbərdarlıq edib
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?