Dünya Axısxa Türkləri Birliyinin baş direktoru İlham Əliyevi təbrik edib
Bakı, 18 aprel, SalamNews. Dünya Axısxa Türkləri Birliyinin baş direktoru Ziyəddin Kassanov Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.
Məlumata görə, məktubda deyilir:
"Hörmətli Azərbaycan Prezidenti cənab İlham Əliyev.
Sizi, türk dünyasının üç böyük liderindən birini yenidən Azərbaycan Prezidenti seçilməyiniz münasibətilə təbrik edir, Zati-alinizə qardaş Azərbaycanın daha güclü, daha sabit dövlət olması istiqamətində uğurlar diləyirəm.
Ermənistan tərəfindən ərazi bölüvlüyünə edilən təcavüzə və 25 ildən çox müddətdə müharibə şəraitində yaşamasına baxmayaraq, Azərbaycan heç zaman geriyə addım atmayıb, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində qətiyyətini nümayiş etdirib.
Mərhum Prezident Heydər Əliyevin memarı və qurucusu olduğu müasir müstəqil Azərbaycan, Zati-aliləri, Sizin prezidentliyiniz dövründə daha böyük uğurlar qazanaraq artıq beynəlxalq tədbirlərin keçirildiyi bir ölkəyə çevrilib.
Azərbaycanda yaşayan və sayı 70 mindən çox olan, ölkənin siyasi və sosial həyatında fəal rol oynayan axısxa türkləri aprelin 11-də keçirilmiş prezident seçkilərinə böyük maraq göstəriblər.
Zati-aliləri, Sizin yenidən Prezident seçilməyiniz Azərbaycanın rifahına, ölkənin inkişafına və ən əsası isə, regionun təhlükəsizliyinə mühüm töhfələr verəcək.
Seçkilərdə qazandığınız inamlı qələbə münasibətilə Sizi bir daha ürəkdən təbrik edir, Azərbaycanın nailiyyətlərinin davamlı olmasını arzulayırıq".
SalamNews

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Yol Polisi əlverişsiz hava ilə bağlı sürüclərə xəbərdarlıq edib
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?