XalqXəbər.Az

XalqXeber.Az » Siyasət » Sabah İlham Əliyevin andiçmə mərasimi keçiriləcək

Sabah İlham Əliyevin andiçmə mərasimi keçiriləcək

Sabah İlham Əliyevin andiçmə mərasimi keçiriləcək
17-04-2018, 17:34

Aprelin 18-də Azərbaycan prezidenti İlham Əliyevin andiçmə mərasimi keçiriləcək.

xalqxeber.az-ın məlumatına görə, bunu Yeni Azərbaycan Partiyasının sədr müavini - icra katibi Əli Əhmədov deyib.

Qeyd edək ki, bu gün Konstitusiya Məhkəməsi 11 aprel 2018-ci ildə keçirilmiş prezident seçkilərinin nəticələrini təsdiq edib.

Konstitusiya Məhkəməsinin qərarı ilə MSK-nın yekun protokoluna əsasən, İlham Əliyev 86,02 faiz səslə prezident seçkilərinin qalibi olub.

Fəaliyyətdə olan Azərbaycan Respublikasının prezidenti öz vəzifələrini yeni seçilmiş Azərbaycan Respublikası prezidentinin öz vəzifəsinə başlamasına kimi həyata keçirir.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.