Monteneqro prezidenti İlham Əliyevi təbrik edib
Monteneqro Prezidenti Filip Vuyanoviç Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.
xalqxeber.az xəbər verir ki, məktubda deyilir: "Hörmətli cənab Prezident. Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizə ən səmimi təbriklərimi və ən xoş arzularımı çatdırmaq istərdim.
Seçkilərdə Sizin inamlı qələbəniz Azərbaycan xalqının Zati-alinizin prezidentliyinin əvvəlki dönəmlərində ölkənizə qazandırdığınız uğurlardan məmnunluğunun, eləcə də indiki mürəkkəb dövrdə ölkəni məharətlə idarə etmək bacarığınıza tam inamın aydın sübutudur.
Əminəm ki, yenidən Azərbaycan Prezidenti seçilməyiniz beynəlxalq birlik tərəfindən də alqışlanıb. Çünki prezidentliyiniz dövründə nəinki Azərbaycan xalqının rifahı təmin olunub, hətta narahat bölgədə sabitlik möhkəmlənib.
Bu xoş fürsətdən istifadə edərək, Monteneqro ilə Azərbaycan arasındakı yüksək səviyyəli və daha da möhkəmlənən əlaqələrə görə Zati-alinizə minnətdarlığımı bildirirəm.
Hörmətli Prezident, Sizə möhkəm cansağlığı, ailə xoşbəxtliyi və ali dövləti vəzifənizin yerinə yetirilməsində uğurlar arzu edirəm. Ən dərin ehtiramımı qəbul etməyinizi xahiş edirəm".

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Yol Polisi əlverişsiz hava ilə bağlı sürüclərə xəbərdarlıq edib
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?