"Heç bir kənar qüvvə bizi yolumuzdan döndərə bilməz" - Prezident İlham Əliyev
“Biz hamımız çalışmalıyıq ki, bundan sonra da ölkəmizi gücləndirək, daha güclü dövlət quraq. Yolumuz müstəqillik yoludur. Heç bir kənar qüvvə bizi yolumuzdan döndərə bilməz. Bu yol Azərbaycan xalqının şüurlu seçimidir. Biz müstəqil ölkəyik, böyük xalqıq. Ancaq böyük xalq bu qədər nəticələr əldə edə bilər, ancaq müstəqillik şəraitində Azərbaycan bu qədər uğurlar əldə edə bilər. Bizim taleyimiz öz əlimizdədir”. APA-nın xəbərinə görə, bu sözləri Heydər Əliyev Mərkəzinin qarşısında aprelin 11-də keçirilmiş prezident seçkilərində qazanılmış qələbə münasibətilə keçirilmiş tədbirdə prezident İlham Əliyev deyib.
Dövlət başçısı çıxışı zamanı Azərbaycan gənclərinə müraciət edib: “Üzümü Azərbaycan gənclərinə tutaraq bildirirəm ki, ölkəmizin gələcəyi sizin əlinizdə olacaq. Biz gənclərimizlə fəxr edirik. Gənc nəsil Azərbaycanı gələcəkdə idarə edəcək, müstəqillik yolu ilə xoşbəxt gələcəyə aparacaq".
Prezident bildirib ki, hazırda yürüdülən siyasət Azərbaycanı xoşbəxt gələcəyə aparacaq.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Yol Polisi əlverişsiz hava ilə bağlı sürüclərə xəbərdarlıq edib
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?