“Razı Nurullayevi şeyxin yerinə təyin edəcəm” - Hafiz Hacıyev
“Yeni Müsavat”ın Facebook üzərindən gerçəkləşdirdiyi canlı yayım qonağı bu dəfə prezidentliyə namizəd Hafiz Hacıyev olub.
H.Hacıyev yenə də qalmaqallı açıqlaması ilə yadda qalıb.
Belə ki, partiya sədri Azərbaycanda keçiriləcək 11 aprel prezident seçkilərində qələbə qazanarsa, “Cəbhəçilərin Təşəbbüs Qrupu”ndan prezidentliyə namizəd Razi Nurullayevə vəzifə verəcəyini vəd edib.
H.Hacıyev Razi Nurullayevi Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Hacı Allahşükür Paşazadənin yerinə təyin edəcəyini bildirib:
“Paşazadə artıq bu vəzifədən yorulub. Hesab edirəm ki, bu vəzifəyə ən layiqli namizəd Razi Nurullayevdir. Bu adamı Dini Qurumlar üzrə Dövlət Komitəsinə də sədir təyin etmək olar. R.Nurullayev bu vəzifələrə çox uyğun gəlir”.
Qeyd edək ki, bundan əvvəl, “Cəbhəçilərin Təşəbbüs Qrupu”ndan prezidentliyə namizəd Razi Nurullayev bildirib ki, 11 aprel prezident seçkilərində qələbə qazanarsa Hafiz Hacıyevə vəzifə verəcək. O, qələbə qazandığı təqdirdə dərhal Azərbaycanda balıqçılıq nazirliyi bərpa olunacaq və bu vəzifəyə H.Hacıyevi təyin edəcək.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək