Artur Rasi-zadə Belarus baş nazirinin müavini ilə görüşüb
Azərbaycan baş naziri Artur Rasi-zadə ölkəmizdə səfərdə olan Belarus baş nazirinin müavini, Azərbaycan-Belarus hökumətlərarası komissiyasının həmsədri Vladimir Semaşkonun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Nazirlər Kabinetinin mətbuat xidmətindən verilən məlumata görə, qəbul zamanı iki ölkə arasında siyasi, iqtisadi, mədəni-humanitar sahələrdə əlaqələrin yüksək səviyyədə olduğu və qarşılıqlı faydalı əməkdaşlığımızın daha da genişləndirilməsi üçün böyük potensialın mövcudluğu qeyd edilib.
Bildirilib ki, ölkə rəhbərlərinin qarşılıqlı səfərləri zamanı əldə olunan razılaşmalar və imzalanan sənədlər əlaqələrimizin inkişafını və birgə layihələrin uğurla həyata keçirilməsini təmin edən amillərdəndir.
Gəncə Avtomobil zavodunun nəzdində fəaliyyət göstərən həmin müəssisədə 10 mininci traktorun yığılıb təhvil verilməsi münasibətilə belaruslu qonaqların da iştirakı ilə təntənəli tədbirin keçirilməsi bu əməkdaşlığın uğurlu nəticəsi kimi qiymətləndirilib.
Azərbaycanlı fermerlərə ən yaxşı hədiyyə olan həmin traktorların eyni zamanda regionun digər ölkələrinə də ixracının mümkünlüyünü müzakirə edən tərəflər ölkələrimiz arasında ticarət dövriyyəsinin daha da artırılmasının, qeyri-neft sektorunda, xüsusən maşınqayırma, nəqliyyat, tikinti, ərzaq, kənd təsərrüfatı və digər istiqamətlərdə birgə əlaqələrin genişləndirməsi üçün ardıcıl məsləhətləşmələrin və təcrübə mübadiləsi keçirməyin zəruriliyini vurğulayıblar.
Qəbulda Azərbaycan-Belarus əməkdaşlığının intensiv davam etdirilməsi üçün qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər ətrafında da geniş fikir mübadiləsi olub.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Yol Polisi əlverişsiz hava ilə bağlı sürüclərə xəbərdarlıq edib
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?