XİN prezident seçkiləri ilə bağlı məlumat yayıb
Azərbaycan XİN-i prezident seçkilərinə hazırlıq işləri ilə əlaqədar məlumat yayıb.
Məlumatda bildirilir ki, Azərbaycanın diplomatik nümayəndəlikləri və konsulluqlarında prezident seçkilərinin təşkili məqsədilə gücləndirilmiş rejimdə zəruri tədbirlər görülməkdədir. Bununla əlaqədar olaraq, Xarici İşlər Nazirliyinin müvafiq idarələrinin əməkdaşlarından ibarət işçi qrup yaradılıb və Mərkəzi Seçki Komissiyası ilə əlaqələndirilmiş şəkildə iş aparılır.
Azərbaycan Respublikası Seçki Məcəlləsinin 2.3.-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri və konsulluqları seçkilərin və referendumun keçirilməsi zamanı Azərbaycan Respublikasından kənarda yaşayan Azərbaycan Respublikası vətəndaşlarının Azərbaycan Respublikası Konstitusiyasının 3-cü və 56-cı maddələrində nəzərdə tutulan (seçki) hüquqlarının həyata keçirilməsinə kömək göstərməlidirlər.
Eyni zamanda, Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 26 fevral tarixli 532 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Konsulluğu haqqında Əsasnamə”nin 4.12.-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri və konsulluqları konsul dairəsində yaşayan və (və ya) müvəqqəti olan Azərbaycan Respublikası vətəndaşlarına seçki hüquqlarını həyata keçirmələrinə köməklik göstərir.
Azərbaycan Respublikası Seçki Məcəlləsinin 35.6.-cı maddəsinə əsasən, səsvermə günü xarici dövlətlərdə olan seçicilərin səs verməsi və səslərinin hesablanması üçün seçki məntəqələri seçicilərin olduğu ərazilərdə Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərinin və ya konsul idarələrinin rəhbərləri tərəfindən konsul qeydiyyatına durmuş seçicilərin sayı 50-dən artıq olduqda səsvermə gününə azı 30 gün qalmış yaradılır.
Hazırda Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri və konsulluqlarında konsulluq qeydiyyatında olan 18 yaşına çatmış Azərbaycan Respublikası vətəndaşlarının –aktiv seçki hüququna malik seçicilərin sayı barədə məlumatlar XİN tərəfindən Mərkəzi Seçki Kommissiyasına təqdim edilib.
32 ölkədə yerləşən Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri və konsulluqlarında aşağıdakı qaydada 41 məntəqədə seçki məntəqəsi yaradılması planlaşdırılır.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Yol Polisi əlverişsiz hava ilə bağlı sürüclərə xəbərdarlıq edib
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?