XalqXəbər.Az

www.XALQXEBER.az » Siyasət » Əli Əliyev də prezidentliyə namzidəliyini irəli sürdü

Əli Əliyev də prezidentliyə namzidəliyini irəli sürdü

Əli Əliyev də prezidentliyə namzidəliyini irəli sürdü
19-02-2018, 10:33

Fevralın 18-də Vətəndaşvə İnkişaf Partiyası (VİP) Məclisinin iclası keçirilib. İclasda VİP-in bu il aprelin 11-nə təyin edilmiş növbədənkənar prezident seçkilərində iştirakməsələsi ilə bağlı Məclisdə fevralın 11-də başlanan və konsensus əldə olunmaması səbəbindən bir həftə müddətinə ertələnən müzakirələr davam etdirilib.

VİP-in mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, ötən həftə olduğu kimi, bu iclasda da gərgin müzakirələr aparılıb və VİP-in 11 aprelseçkilərində iştirak tərəfdarları ilə əleyhdarları arasında qızğın, bəzən isə kəskin mübahisələr yaranıb.
Bununlabelə, VİP sədri Əli Əliyevin və partiya rəhbərliyində təmsil olunan veteran üzvlərin çıxışlarından sonra tərəflər öz mövqelərini uzlaşdırmağa razılıq veriblər. Keçirilən səsvermədən sonra VİP sədri Əli Əliyevin prezidentliyə namizəd irəli sürülməsi haqqında qərar qəbul edilib.

Qərarda deyilir:

1. Vətəndaş və İnkişaf Partiyasının 2017-ci il mayın 28-də keçirilmiş IV Qurultayının müvafiq qərarına uyğun olaraq, 2018-ci ilaprelin 11-nə təyinedilmiş növbədənkənar prezident seçkilərində VİP tərəfindən Əli Nadiroğlu Əliyevin namizədliyi irəli sürülsün.

2. Əli Əliyev VİP-in 11 aprel seçkilərində iştirak zərurəti və özünün namizədliyinin irəli sürülməsini sərtləndirən amillər barəsində ictimaiyyət üçün açıqlama versin.

3. Seçki prosesinin gedişində qəbuledilməsi zəruri olan qərarların, o cümlədən, VİP namizədinin növbədənkənar seçkilərdə iştirakını dayandırmaq haqqında mümkün qərarlın qəbulu partiyanın Siyasi Şurasına həvalə olunsun.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.