Mehriban Əliyeva Britaniyanın ticarət elçisi ilə görüşüb
Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyeva fevralın 14-də Böyük Britaniyanın Baş nazirinin ticarət elçisi Baronessa Emma Nikolson ilə görüşüb.
Böyük Britaniyanın Baş nazirinin ticarət elçisi Baronessa Emma Nikolson Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya xatirə hədiyyəsi təqdim edib.
Baş nazirin ticarət elçisinin fevralın 15-də Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 4-cü iclasında iştirak edəcəyini qeyd edən Mehriban Əliyeva bu iclasın uğurlu keçəcəyinə əminliyini bildirib.
Mehriban Əliyeva Azərbaycanla Böyük Britaniya arasında uzun illər mövcud olan işgüzar əlaqələrin bir çox sahələri əhatə etdiyini diqqətə çatdıraraq, enerji sektorundakı əməkdaşlığı xüsusi vurğulayıb. Ümumi dəyəri 42 milyard dollar olan “Cənub Qaz Dəhlizi” layihəsinin Azərbaycan üçün əhəmiyyətini vurğulayan Mehriban Əliyeva bu layihənin uğurla həyata keçirildiyini və BP şirkətinin layihənin əsas tərəfdaşlarından biri olduğunu deyib. Diqqətə çatdırıb ki, layihənin reallaşdırılması ilə ilk qazın bu ilin iyulunda Türkiyəyə, 2020-ci ildə isə Avropaya çatdırılması nəzərdə tutulur.


Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Yol Polisi əlverişsiz hava ilə bağlı sürüclərə xəbərdarlıq edib
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?