XalqXəbər.Az

www.XALQXEBER.az » Siyasət » Çingiz Abdullayev səfir göndərilir

Çingiz Abdullayev səfir göndərilir

Çingiz Abdullayev səfir göndərilir
26-01-2018, 14:41

Azərbaycan Yazıçılar Birliyinin katibi, məşhur dedektiv yazıçısı, “Neftçi” Futbol Klubunun Müşahidə Şurasının sədri Çingiz Abdullayevin yaxın aylarda Baltikyanı ölkələrdən birinə səfir göndəriləcəyi gözlənilir.

Bu haqda Modern.az məlumat yayıb. Xəbərə görə, Çingiz Abdullayev hələ illər öncə ölkəmizi xaricdə təmsil etmək istəyində olduğunu bildirib. O zaman ailəsi İngiltərədə yaşadığı üçün həmin ölkəyə üstünlük verib. Lakin istəyi baş tutmayıb.

Çingiz Abdullayevə səfir işləmək üçün Baltikyanı ölkələrdən birini seçmək şansı verilib və yazıçı bununla razılaşıb. Yaxın vaxtlarda məsələnin gerçəkləşəcəyi gözlənilir.

Yazıçı səfir təyin edildiyi halda həm Azərbaycan Yazıçılar Birliyindəki, həm də “Neftçi” Futbol Klubundakı vəzifəsindən getməli olacaq.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.