“Gəlsinlər Sabirin, Nəsiminin heykəlini də dağıtsınlar...” - Çingiz Abdullayev
“Azəravtoyol” ASC tərəfindən Bakının İnşaatçılar prospektində, “Statistika dairəsi” adlanan ərazidə nakam şair Mikayıl Müşfiqin heykəlini Mədəniyyət və Turizm Nazirliyi ilə razılaşdırmadan sökməsi ictimaiyyət arasında hiddətlə qarşılanıb.
Dünyaca tanınmış yazıçı, Azərbaycan PEN-klubunun prezidenti Çingiz Abdullayev bu hadisəni acı ironiya ilə şərh edib.
“Bununla kifayətlənmək lazım deyil, gəlsinlər Yazıçılar İttifaqının da binasını söksünlər, hansı ki, orada Stalin dövründə repressiyalara məruz qalmış Azərbaycan yazıçılarının adları var. Üstəlik müsəlmanlar haqqında xoşagəlməz şerlər yazan Sabirin heykəlini də dağıtmaq pis olmazdı, yaxud bütün şerlərini fars dilində yazdığına görə Nizaminin, vətənində ölməli olduğu halda Suriyada qətlə yetirilməyi üstün tutan Nəsiminin heykəlini dağıtmaq üçün nəyi gözləyirlər?”-yazıçı açıqlamasında deyib.
Çingiz Abdullayev “Azəravtoyol”un rəhbərliyinə təkliflərini davam etdirərək onları “eyni səbəblərdən”, yəni məzarı başqa ölkədə olan və ümumiyyətlə üç dildə yazdığı üçün Füzulinin monumentini də dağıtmağa çağırıb. Yazıçı bildirib: “Bununla da dayanmaq olmaz. Bir halda ki, Müşfiqin heykəlini söküblər, gəlsinlər bütün qalan heykəlləri də söksünlər...”.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək