“Onun ürəyini Zərdüşt Əlizadə partlatdı”
“Yadıma düşür ki, mən Naxçıvan Dövlət Pedaqoji Universitetində müəllim işləyəndə Xudu Məmmədov Naxçıvana gəlmişdi. Onunla görüşümüzü də xatırlayıram. O, ornamentlərin fəlsəfəsi haqqında danışırdı. Mən çox böyük təəccüblə ona qulaq asırdım və çox şeyi də anlaya bilmirdim. O danışıq məndə böyük heyrət doğurmuşdu”.
Bunu kulis.az-a müsahibəsində Ana Vətən Partiyasının sədri, millət vəkili Fəzail Ağamalı deyib. O, bildirib ki, X. Məmmədovla ikinci görüşü 1988-ci ilə təsadüf edib: “Xudu Məmmədov elə həmin tarixdə vəfat etmişdi. Dram teatrının yanında bir muzeydə yığıncaqdaydıq. Orda xalq hərəkatı haqqında söhbətlər gedirdi. Xudu Məmmədov da millətini sevən alim idi. Çox da nəhəng alim. Orda onu əsəbiləşdirdilər.
Zərdüşt Əlizadə onu əsəbiləşdirdi. Və ordaca Xudu Məmmədovun ürəyi partladı. Bu bizim son görüşümüz idi. Xudu Məmmədov orda Milli Azadlıq Hərəkatına sədaqətini nümayiş etdirirdi. Zərdüşt Əlizadə də onun əleyhinə getdi. Xudu müəllim də möhkəm əsəbiləşdi”.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Yol Polisi əlverişsiz hava ilə bağlı sürüclərə xəbərdarlıq edib
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?