Prezident seçkilərinə hazırlıqlar başlayıb
Əvvəlki illərdə olduğu kimi, seçkilərə hazırlıq yanvar ayından başlayıb. Seçici siyahılarını dəqiqləşdirməklə məşğuluq.
Bunu jurnalistlərə açıqlamasında Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov deyib.
M. Pənahovun sözlərinə görə, siyasi partiyalar illik hesabatlarını MSK-ya göndərməyə başlayıblar:
“Artıq hesabatları göndərməyə başlayıblar. Bunu qaydaya salmağa, ənənə formalaşdırmağa, siyasi partiyaların bu məsələyə münasibətlərinin beynəlxalq standartlara uyğunlaşdırılmasına çalışırıq.
Mövqeyimiz ondan ibarətdir ki, kəskin münasibət göstərmək də düzgün deyil. Bir az iş getməlidir. Keçən ilə baxanda bu il müsbət dəyişikliklər var, siyasi partiyalar bu məsələyə ciddi yanaşırlar”.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Yol Polisi əlverişsiz hava ilə bağlı sürüclərə xəbərdarlıq edib
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?